ABŞ-ın Virciniya ştatında 28 may tarixi rəsmi olaraq Azərbaycan Milli Günü elan edilib

ABŞ-ın Virciniya ştatının qubernatoru Terense Makaulif (Terrence R. McAuliffe) Azərbaycanın milli bayramı – Respublika Günü ilə bağlı bəyanat imzalayaraq 2015-ci ilin 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan edib.

Sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin türk və müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Həmçinin bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.

Bəyanatda ölkəmiz ilə ABŞ arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilir. Bu əlamətdar günün Virciniyada yaşayan azərbaycanlı icmasının ştatın iqtisadiyyatının güclənməsinə və mədəni müxtəlifliyinə töhfəsini xüsusilə qeyd etmək üçün əlavə fürsət olduğu bildirilir.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

27 May 2015

By
@
backtotop