“Kaş ki, Quzey Azərbaycan o məqamda bu hadisələrə hazır olaydı” Nəsib Nəsibli

 İran adlanan coğrafi ərazidə  bəlli  tarixlə 7000 ildən çox dövlətçilik yaşına  malik olan millətimizin son yüz il əsarət dövrünün mübarizə  tarixində xüsusi mərhələlərdən biri də 2006- cı il 22 mayda başlayan yeni hərakat dalğası idi. Keyfiyyətcə  özündən əvvəlkilərdən fərqlənmiş, artıq  9- cu ildönümünü  qeyd etdiyimiz “Xordad ayaqlanması ” adlanan  bu hadisələrin tam mahiyyətini, səbəb və nəticələrini ayırd etmək üçün Tarix elmləri doktoru, professor Nəsib Nəsibli ilə  söhbətləşdik…

 2006-cı il 22 may günü tariximizə “Xordad ayaqlanması” adı ilə həkk olundu. Bu ayaqlanmanın əsas səbəbləri nə idi?

Bu  hadisəni   yalnız  22 may tarixi ilə məhdudlaşdırmaq məncə  doğru deyil. Çünki, bir həftə ərzində səngiməyən  bu hadisələr mayın 22-i günü   Təbrizdə başlayıb, 28-ə qədər Güney Azərbaycanın müxtəlif şəhərlərində davam elədi. Nədən davam etdi? Güman edirəm ki, üstündən 9 il keçməsinə baxmayaraq  həm Güneydə , həm  də Quzeydə  bu hadisələrin şahidi olmuş, onu izləmiş və bu haqda oxumuş insanlar xatırlayarlar ki, “İran” adlı qəzetdə, daha doğrusu dərgidə bir karikatura çap olunmuşdu. Karikaturda türklərə böcək adı qoymuşdular ki,  bu da türkcə danışmağı lağa qoyurdu. Demək mümkündür ki, bu on illərlə Rza şah zamanından türklərə qarşı aşağılanma kompaniyasının növbəti bir həlqəsı idi.
İran qəzetindəki karikatura türkləri böcəyə (susək) bənzətmiş, “nə edək ki, bu böcəklər bizi də böcəkləşdirməsin?” başlıqlı məqalədə türklərə və Türk dilinə açıq-açığına həqarət edilmişdi. Həmin məqalədə “öldürməklə tükənməyəcək bu böcəklərin kökünü kəsmək üçün insanların ifrazatını tualetə boşaltmamaları, bununla bu böcəkləri ac saxlayaraq məhv edilmələri” kimi irqçi, təhqiredici  fikirlər yer almışdı.
Etnik təhqirə ilk etiraz edən ölkənin müxtəlif universitetlərində oxuyan türk tələbələri oldu. Təbriz və Tehran tələbələrinin etiraz çıxışları domino təsirilə yayıldı. İran qəzeti, bu karikatur müəllifinin işdən çıxarıldığını bildirib, “Azəridillilərdən” üzr diləsə də, dil məsələsinə aşırı həssaslığın olmaması, hadisənin şişirdilməməsi gərəkliyinə çağırdı. Bu da milli hərəkat fəallarını daha da qəzəbləndirmiş oldu. İslam Şura Məclisində Azərbaycandan seçilmiş nümayəndələr də hakimiyyətin ayrı-seçkilik siyasətinə və türklərə münasibətdə uyğulanan həqarətlərə kəskin etirazlarını bildirdilər. Əkbər Ələmi  Məhəmməd Hüseyn Şəhriyarın İranda qadağan olunmuş məşhur “Tehranlı, eşşək sənsən, yoxsa mən?” şeirini sonacan oxudu. Yalnız bundan sonra fars deputatlarla türk deputatlar arasında qarşıdurma oldu. Qarşıdurma polis müdaxiləsindən sonra aradan qaldırdı.

Güney Azərbaycan türklərinin XX əsr  milli yetişkənlik  təkamülündə “Xordad” hansı nöqtə idi?. Ona qədər ki, əsarət dövrünü necə şəkilləndirərdiz?

Ümumiyyətlə götürəndə Azərbaycan milli hərakatının ən azından  110 illik bir  tarixi var. Bunun ibtidai formasını bir kənara qoysaq, özünü ifadə forması kimi  Məşrutə hərakatı dövündən etibarən buna rast gəlirik. Yəni, mili muxtariyyat məsələsinin ortaya qoyulması, Azərbaycana muxtariyyat, ilk Məşrutədə Anayasada əncümənlər məsələsinin əks olunması ilə yadda qalan  hərakatın daha sonrakı dövrlərdə də  müxtəlif formalarla təzahürünün davamını görürük. Əgər, ümumiləşdirmiş olsaq Güney Azərbaycan milli  hərakatının  yeni keyfiyyətlərlə yükümlənmiş son mərhələsi   1991- ci ildən sonra başlayır. Quzey Azərbaycanın müstəqil olması Güney Azərbaycanda yeni inqilabiləşdirici bir təsirə təkan verdi . Həmin bu mərhələni kiçik mərhələlərə  də bölmək olar.  91-dən 93-ə qədər  və 93-dən sonrakı dövr.
Ancaq,  önəmli olan budur ki, 91-ci ildən sonrakı milli hərakat əvvəlki dövrdən tamamilə fərqlənir. Bu hərakat öncəkilərdən kütləviliyinə,  ideoloji bitkinliyinə,  siyasi fəaliyyət  formalarına görə  fərqlənirdi. Yəni əvvəllər əgər bu ayrı-ayrı  ziyalıların etirazları  şəklində, və ya   hər hansı başqa   metodlarla olurdusa, mütəmadi  xarakter daşımırdısa, artıq 1991- dən sonra biz bunun  permanent bir xarakterdə olduğunu görürük. Bu  özünü 2006- nın ayaqlanması, milli fikir baxımından çox əhəmiyətli hadisələrin olması,  tələbə hərakatı  və ya kültür hərakatı kimi  yeni təzahür formaları ilə   göstərmiş oldu ki, bunlar da milli hərakatın tərkib hissələrini təşkil edir. Amma , dediyim kimi, Rza şahdan üzü bəri bu kimi aşagılanmalara, təhqiretmələr kompaniyasına bu şəkildə bir reaksiya görmürük. Bu nədən oldu? Niyə bizim soydaşlarımız məhz bu karikatura belə həyacanlı reaksiya verdilər. Bu suala   cavab olaraq bu özündən  əvvəlki  təzyiqlərə qarşı üst-üstə yığılmış emosiyaların  göstəricisidir  də deyə bilərik. Amma, bu eyni zamanda onun göstəricisidir ki, artıq bizim soydaşlarımızda təhqirlərə, aşağılanmalara, dözümsüzlük də  yaranmışdı. Əgər əvvələr  başını aşağı salıb bu kimi  faktlara lazımi reaksiya  verilmirdisə və yaxud mövcud rejimin qorxusundan üzdə ona etirazı bildirilmirdisə, ancaq  2006- cı ilin may hadisələri göstərdi ki, soydaşlarımız artıq aşağılık kompleksindən çıxıblar. Bu çox önəmlidir. Və bu, “türkəxər” deyilən on illərlə davam edən  psixoloji kompaniyaya  sonuc  olaraq çox həyacanlı bir etiraz idi. Və ona görə də bunu məhz ilk  növbədə psixoloji baxımdan qiymətləndirmək doğru olardı. Belə ki, bu, artıq aşağılık kompleksindən çıxmış, zülmə, təhqirlərə qarşı qəzəblənmək haqqını, hüququnu özündə saxlayan, hiss edən bir toplumun etirazı idi. Güney Azərbaycan  türkü nəhayət kütləvi olaraq  bu haqqı özündə dərk etdi. Bu haqqın dərk edilməsi ilə  kütləvi etirazlar başladı və bir üsyan xarakterini aldı.  Lakin, may etirazlarnı  yalnız psixoloji  baxımdan deyil, eyni zamanda siyasi baxımdan da  qiymətləndirmək gərəkdir. Siyasi qiyməti bundan ibarətdir ki, bu bir ziyalının, və yaxud da bəlli bir təbəqənin etirazı deyildi. Bu böyük kütlənin etirazı idi və ona görə də özünü   kütləvi nümayişlər formasında  göstərdi və güc strukturlarının bölmələri ilə  birbaşa toqquşmalara qədər böyüdü. Və məncə,   may ayaqlanmasını ikinci dünya müharibəsindən sonra İranda Azərbaycan milli hərakatının  keyfiyyətcə yeni bir mərhələsi hesab etmək olar .

 Quzey Azərbaycan olaraq necə reaksiya verdik bu hadisəyə?

O zaman mətbuat orqanları gündəlik olaraq bu olaylarla bağlı məlumatlar verirdi, eyni zamanda siyasi partiyaların bəyanatlarını  xatirlayıram.  Milli Məclisdə də hadisəylə bağlı çıxışların şahidi olduq. Hətta,  onu  deyim ki, şəxsən mən özüm  may hadisələri dövründə səsləndirilən şüarların siyahısını  tərtib eləyib, Milli Məclisə təqdim etmişdim və millət vəkilləri də onlarla  tanış olmuşdular.
Bu hadisələr xarici ölkə mətbuatında da işıqlandırıldı. İran səfirliyinin Bakıda və başqa ölkə paytaxtlarındakı səfirlikləri qarşısında etiraz piketləri oldu. Azərbaycan Respublikası Milli Məclisi  tərəfindən İrandakı molla rejiminin  anti-türk, anti-Azərbaycan siyasətini  şiddətlə qınanıldı.
Quzey Azərbaycan bu hadisələrdən çox şey gözləyirdi, xüsusən milli qüvvələr düşünürdü ki, bunun bir davamı da olacaq. Ancaq, təəssüflər olsun ki, bu bir həftə sürdü və bitdi. Lakin, Quzey Azərbaycan təbii ki,  buna çox təqdirlə yanaşdı. Bunu o zaman burda  güneyli soydaşlarımızın təhqirlərə etirazını, ümumiyyətlə  hərakatın dəstəkləndiyini göstərən faktlar da  təsdiq edir. Məncə bu, müsbət bir hal idi, ancaq  üstündən 9 il keçəndən sonra bir daha onu təkrar etmək istəyirəm ki, kaş ki, Quzey Azərbaycan o məqamda bu hadisələrə  hazır olaydı. Daha artıq şəkildə, daha operativ qaydada, Güney Azərbaycandakı bu olaylara, bu ayaqlanmaya görə dövlət olaraq  öz sözünü  deyə biləydi. Zənnimcə, o reaksiyalar  biraz kecikdi.

Bəs bu  hadisə Quzeydə Türklük qavramının, Türklük şüurunun inkişafına necə təsir göstərdi?

2006- cı ilin may ayaqlanması mənim üçün birinci sırada onun şüarları ilə yadda qalıb. Sonralar daha geniş şəkildə təkrar olunan, yayılan bu  şüarlar  o vaxt ilk dəfə idi ki,  səsləndirilirdi . Və bu şüarlar  hərakatın xarakterini göstərmək, onu dərk etmək baxımından çox önəmli idi. Doğrusu  mən o şüarları çox sevdim və  şəxsən bir araşdırmaçı, bir vətəndaş olaraq onların təbliğ olunması, izah olunması üçün çalışdım.  Şəxsən mənim üçün həqiqətən bu şüarlar bir ümid qaynağı oldu. O şüarları bir daha istəyirəm oxucuların diqqətinə çatdırım. Nümayişlərdə səsləndirilən şüarlar əsasən bunlar idi;  “Türk dilini atmarıq, fars dilinə satmarıq!”,  “Türk dili ölən deyil, fars dilinə dönən deyil!”,  “Türk dili İranda rəsmi dövlət dili olmalıdır!”,  “Qarabağa uzanan yad əllər kəsilməlidir!”,  “Qalx ayağa Azərbaycan!”,  “Haray-haray mən türkəm!”,  “Ölüm olsun faşizmə, ölüm olsun şovinizmə!”,  “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim!” ,  “Təbriz- Bakı- Anakara, farslar hara biz hara!”,  “Nə şərqi, nə qərbi, itin farsdan nə fərqi!”,  “Hər kəs ki, bitərəfdi, farsdan da bişərəfdi!”, “And olsun Səttarxana, Tehran gərək odlana!”,  “Təşəbbüssüz  millət  gərək xar olsun!”,  “Mən odam odla oynama, alışarsan,  yanarsan!”…
Bu tipli şüarların səsləndirilməsi  hərakatın radikallaşması baxımından diqqəti cəlb edir.

Biz bu hadisəni XXI əsrin əvvəlində Güneydə Türkçülük hərakatının yeni  başlanğıcı kimi dəyərləndirə bilərik, yoxsa…?

Güneydə Türkçülük hərakatının tarixini  XXI əsrin əvvəllərindən hesablamaq doğru olmazdı. Bu tarix daha qədimə gedir, ən azından burda bizim böyük fikir adamlarının hadisələrdə çox diqqət  çəkən fikirlərini, yaddaşlarda yer almış əsərlərini, deməmək mümkün deyil. Vəb bunu XXI əsrin əvvəlləri ilə məhdudlaşdırmaq  doğru olmazdı. Bu fikirlərin ən azı  100 illik bir tarixi var; müxtəlif şəkillərdə özünü göstərib, ya ədəbi formada, ya siyasi formada, ya bəyanat şəklində, ya siyasi məqalə ,ya kitab nümunəsində. Bunu XXI əsrin əvvəllərinə geri çəkmək  doğru olmazdı .

Bəs  kütləvilik  baxımından necə?

Əlbəttə, kütləviləşmək baxımından bu diqqəti çəkir. Bu hadisə ilə Türkçülük fikrinin daha geniş sosial təbəqələrə, yaş qruplarına yayılması bir faktdır, bir gerçəklikdir. Bu da təbiidir, çünki,  millət özünü dərk etdikcə bu genişlənmə və dərinləşmə sürəti  daim çoxalacaq və davam edəcək.

May hadisələrinin  özündən sonrakı proseslərə təsir gücünü necə qiymətləndirirsiz,  hansı nəticələr əldə edildi?

Məncə may hadisələri və yaxud da may ayaqlanması haqqında danışanda bu proses gedişində əldə olunmuş bir tarixi sənəd haqqında danışmasaq düzgün  olmaz. Bu  may ayının 28-də Tehranda yüz minlərin iştirak etdiyi mitinqdə qəbul olunmuş bir bəyanat idi. Bunu bir milli istəklər bəyanatı , ya da deyək ki, milli hərakatın istəkləri sənədi kimi də qəbul etmək olar. Çünki, bu sənəd orda iştirak edən yüz minlərlə insanın milli  hissinin ifadəsi olmaqla bərabər, həm də  bütünlüklə millətin rəğbətini qazana bilmişdi. Söhbət 33 maddəlik tələblərdən gedir. Sənəd çox mükəmməl bir sənəddir və milli həyatın müxtəlif müstəvilərini əhatə edir. Bu sənəd önəmli olmaqla bərabər , həm də kamil bir sənəd idi. Bu sənədin mətnini mən “İslam  Cümhuriyyəti dövləti və Azərbaycan türklüyü” adlı bir yazımda vermişəm.  2006-cı il may ayının 28-də İslam Şura Məclisi binasının qarşısındakı nümayişdə oxunmuş qətnamə Azərbaycan/Türk milli hərəkatının mühüm tarixi sənədi sayılmalıdır. Bu sənədin qısa məzmunu aşağıdakılardan ibarət idi: Son 100 ildə İrandakı millətlər mədəni, ictimai, siyasi və iqtisadi şovinizmə və ayrı-seçkiliyə məruz qalmışlar. Fars şovinizmi yaxşı bilirdi ki, bir milləti yox etmək üçün ilk addım olaraq onu təhqir etmək və onun dilini aradan aparmaq lazımdır. 7000 illik keçmişi olan bu məmləkəti burada 2500 illik keçmişi olan Arya və Parslara məxsus məmləkətə çevirmək üçün onun tarixini təhrif etdilər. Qeyri-Farsların dillərinə Moğol və Ərəb vəhşilərinin sırıdığı dil (!!) adını qoydular və insan sayılmaları üçün onların öz kimliklərindən imtina etmələri və yalançı kimlik almaları üçün müxtəlif beyinyuma mexanizmlərindən istifadə edildi. Ana yasanın 15, 19 və 20-ci maddələrində əksini tapmış məhdud haqlar belə gerçəkləşmədi. Ölkə əhalisinin 70%-ə bərabər olan Fars olmayan millətlər və qövmlər 30 ildir ictimai, iqtisadi və mədəni ədalət gözləyir.

Sonluq;  Uzun mücadilə tariximizdə arxada qoyduğumuz  hər bir aşama  özündən sonrakı dövr üçün təməl daşı dəyərindədir. Gələcəyə yönəlik çətin  mübarizə yolumuzun uğurlu sonluğu millət olaraq canımızla, qanımızla rövnəqləndirdiyimiz milli  hərakatın  hər bir  mərhələsinin mahiyyətini dərk edib düzgün nəticə çıxarmaqdan keçir.
Xatirələrimiz canlansın, yaddaşlarımız möhkəmlənsin deyə Hərakatın 2006-cı il may ayının 28-də İslam Şura Məclisi binasının qarşısındakı nümayişdə  oxunmuş həmin tarixi  bəyanatını orijinalda olduğu kimi  ixtiyarınıza təqdim edirik;

“Azərbaycan Milli Hərəkatı” adlı mədəni, kimlik və ədalət tələb edən xalq hərəkatı Azərbaycan millətinin bütün təbəqələrini öz sıralarında birləşdirir və uzun tarixi keçmişə malikdir. Şeyx Məhəmməd Xiyabaninin Azadistan hərəkatı, Milli hökumət (1945-46), inqilabın başlarında  Müsəlman Xalq hərəkatı və hazırkı dövrdə Azərbaycan milli hərəkatı milli kimlik və milli maraqların təmin edilməsi uğrunda hərəkatdır. Belə bir zamanda İslam prinsiplərinə əməl etməyi özünün fəaliyyətinin əsası elan etmiş 9-cu hökumətdən bu cür qeyri-insani hərəkətlərin nəhayət dayandırılacağını gözləyirdik. Fəqət dövlətin icra etdiyi mədəniyyət proqramları göstərir ki, şovinist fikirlər hələ dövlət idarələrində dərin kök salıb.  Rəsmi İran qəzetinin mətbuat əxlaqını ayaq altına alması və 35 milyon Müsəlman Türkə xəyanət etməsi bunun açıq göstəricisidir.[Daha sonra karikaturun mahiyyəti və bu hadisəyə etiraz hərəkatı təsvir edilir.] Amma demək lazımdır ki, bu etiraz yalnız bir karikaturaya etiraz deyil, bu, Türklərə münasibətdə uyğulanan 84 illik təhqir və ayrı-seçkiliyə etirazdır.

Keçmiş və indiki durumun müqayisəsi göstərir ki, mədəniyyət proqramları bir siyasi cərəyanın, bir siyasi qrupun siyasəti deyil, bu dövlətin yalnız bir dil, bir mədəniyyət, bir kimlik tanınmalıdır prinsipindən doğur. Büdcədən milyardlarla tümən ölkə əhalisinin 30%-nin mədəniyyətini, dilini, tarixini və kimliyini gücləndirmək üçün sərf edilir.

Deyilənləri göz önünə alaraq, biz, 28 may 2006-cı il (7 xordad 1385) tarixində İslam Şura Məclisinin qarşısında toplaşmış mitinq iştirakçıları, tələb edirik: Əsas tələblər:

1.Türk dilinin[103]  rəsmən tanınması; qurama “Azəri dilinin” [anlayış olaraq] dövlət orqanlarında, ölkənin rəsmi yazışmalarında işlədilməsinin qarşısının alınması; uşaq baxçasından tutmuş universitetədək ölkənin Türklər yaşayan bölgələrində ana dilində təhsil;

2.Türkcə verilişlər verən ölkəmiqyaslı radio-televiziya mərkəzinin yaranması; Türk dil və ədəbiyyat qurumunun [“fərhəngistanın”], ölkə universitetlərində Türk dili kafedralarının yaradılması;

əlavə tələblər:

3.Ana yasanın 15, 19 və 20-ci maddələrinin icra edilməsi və bu qanunların Azərbaycan milləti və dilinin, İranın başqa millətlərinin tanınması yönündə dəyişdirilməsi;

4.Son hadisələrdə baş vermiş xəsarəti düzəltmək, Azərbaycan iqtisadiyyatının geriliyini aradan qaldırmaq, Tehran-Təbriz avtobanı, Urmu gölü körpüsü, Miyanə-Təbriz dəmiryol xətti, Quzey-Güney koridoru layihələrinin təkmilləşdirilməsi üçün 5 milyard tümənin (dolların) ayrılması;

5.Babək qalasına illik yürüşün rəsmən tanınması, ona olan məhdudiyyətin götürülməsi; Babəkin anadan olması gününün ölkənin rəsmi təqvimində “Azərbaycanın milli qəhrəmanı Babəkin təvəllüd günü” kimi rəsmiləşdirilməsi;

6.Son hadisələrdə qətl edilmiş insanların “şəhid” kimi rəsmiləşdirilməsi; onların ailələrinə maddi və mənəvi təzminatın verilməsi; bu qətllərin səbəbkarlarının cəzalandırılması; bütün Azərbaycan şəhərlərində Azərbaycan milli hərəkatının şəhidləri muzeyinin yaradılması; bu şəhidlərin adının küçələrə qoyulması; ölkənin rəsmi təqviminə bu günün “Azərbaycan şəhidləri günü” kimi daxil edilməsi;

7.Türkofobiyaya qarşı ciddi mübarizə; qövmi, irqi, dil sahəsində aparteyid əlamətlərinin ləğvi; mənhus Pəhləvi rejiminə aid irqçi fikirlərin işlədilməsinin qarşısının alınması; İran millətlərini təhqir edənlərin cəzalandırılması və bu sahədə qanunların qəbul edilməsi;

8.Azərbaycan coğrafiyasında bütün tarixi adların geri qaytarılması; özəlliklə son bölgüyə görə Azərbaycan tarixi adlarının   Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Ərak ostanlarında bərpa edilməsi; bu şəhər və ostanlardan ibarət olan Azərbaycan əyalətinin rəsmən tanınması; Sunqur, Qurvə, Bicar, Astara və başqalarının Azərbaycana qaytarılması; Türkcə adların qoyulmasına mane olmamaq;

9.İslam Şura Məclisinin nümayəndələrindən, hərəkat fəalları və uyğun orqanların nümayəndələrindən ibarət “Azərbaycan Millətinin Haqlarını Müdafiə Şurası” adlı komitənin təşkil edilməsi;

10.Son hadisələrdə həlak olmuş şəxslərin yas mərasimlərinin təşkilinə və burada insanların iştirakına icazənin verilməsi;

11.Azərbaycan siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi; Azərbaycanda millətə atəş açanlar və nümayişçilərə qarşı zorakılıq etmiş şəxslərin tutulub cəzalandırılması;

12.Azərbaycandakı nəşriyyələrin çapının dayandırılması haqqında qərarın ləğv edilməsi;

13.İrşad və daxili işlər nazirlərinin son nümayişlərə münasibətinə görə sorğulanmaları; prezidentin [Mahmud Əhmədinejadın] İran mətbuat müəssisəsi müdirinin seçilməsinə birbaşa məsuliyyət daşıdığına, Novruz bayramı münasibətilə yalnız Farsdilliləri təbrik edib, İranın başqa millət və qövmlərini görməməzliyə vurduğuna görə Azərbaycan millətindən üzr istəməsi;

14.Azərbaycanın qərbində və Azərbaycanın başqa sərhəd şəhərlərində yerli əhalinin [milli] tərkibinin dəyişməsinə səbəb ola biləcək hər cür siyasətin ləğv edilməsi;

15.Fars şovinizmi ilə ciddi mübarizənin başlanması simvolu kimi İran qəzetinin çapının tamamilə dayandırılması; İranda milli və qövmi aparteyidin tamamilə dayandırılması;

16.Ermənistanla siyasi, ticari və mədəni əlaqələrin tamamilə kəsilməsi;

17.Pan-Farsizm siyasətinin (Əfqanıstan, Tacikistan və İranın birliyi) tamamilə dayandırılması; İranı Fars dövləti və “Persia” kimi təqdim etməkdən əl çəkilməsi; İranın çoxmillətli ölkə kimi təqdim edilməsi və ana yasada İran millətləri və qövmlərinin hamısının rəsmən tanınması;

18.Azərbaycanın iki tayı arasında mədəni sərhədlərin götürülməsi və Araz çayı üzərində dostluq və barış körpülərinin tikilməsi;

19.Xəzər dənizinə “Mazandaran” adının qoyulmasının qarşısının alınması;

20.Fars dilində əskinaslarla yanaşı ölkədə Azərbaycan Türkcəsində də əskinasların çap edilməsi;

21.Azərbaycanın əski və milli abidələrinin təmiri və onların dağıdılmasının önlənməsi; özəlliklə Təbriz Ərk qalası və ətrafında səliqə-sahmanın yaradılması; Təbriz Ərkinin yanında Azərbaycan Türk Dili və Ədəbiyyatı Qurumunun qurulması;

 22.Azərbaycanda turistik imkanların yaradılması;

23.Təbrizdə Azərbaycan ilə dostluq evinin, Urmuda Türkiyə ilə dostluq evinin yaradılması;

24.Azərbaycanda, özəlliklə Muğan çölü və Qoşaçayda (Miyandabda) moderm əkinçilik imkanlarının yaradılması;

25.Azərbaycanın tarixi abidələrinin səd sularının altında qalmasının önlənməsi və bu iş üçün xüsusi büdcənin ayrılması;

26.Azərbaycanın tarixi abidələrinin Təbriz, Urmu, Ərdəbil, Qəzvin, Həmədan və Zəncan muzeylərinə geri qaytarılması;

27.Azərbaycan Türkcəsində kitabların çapına yardım etmək, Azərbaycan tarixi və ədəbi kitablarının araşdırılması və siyahıyaalınması məqsədilə Azərbaycan Nəşr Fondunun yaradılması;

28.Azərbaycanın bütün şəhərləri arasında sürətli qatar yollarının çəkilməsi və hava limanlarının tikilməsi, eləcə də Azərbaycan tranzit yollarının genişləndirilməsi; İpək Yoluna diqqətin yetirilməsi;

29.Türkmən, Qaşqay, Xorasan Türkləri, Xələc Türkləri adı ilə  İrandakı Türk millətlərinin rəsmən tanınması;

30.Azərbaycanda sərmayə qoyuluşunun qarşısında duran hüquqi və başqa maneələrin ləğv edilməsi;

31.Azərbaycanın milli mütəfəkkirlərinin, böyüklərinin, qəhrəmanlarının və başqalarının Azərbaycanın və İranın bütün şəhərlərində heykəllərinin qoyulması;

32.Milli Sərdar Səttar Xanın və  Milli Savunar Səfər Xanın şərəfli məzarlarının Təbrizə gətirilməsi;

33.Ölkənin rəsmi təqviminə Azərbaycanın milli böyüklərinin doğum və ölüm günlərinin, tarixi dövrlərinin daxil edilməsi.(Mənbə – Nəsib Nəsibli, “İslam Cümhuriyyəti dövləti və Azərbaycan Türklüyü” məqaləsi-2014)

Söhbəti  apardı; DAK -ın Mətbuatla iş üzrə  Müşaviri Gülşən Məmmədoğlu

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

25 May 2015

By
@
backtotop