Moskvada yanğında həlak olanların xatirəsi anılıb

Bu gün Moskvada Azərbaycanlı Gənclər Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında yığışaraq 19 May qurbanlarının xatirəsini hörmətlə anıblar.

Bu barədə 7News.az-a ASGA Rusiya nümayənəliyinin rəhbəri Toğrul Allahverdili məlumat verib. Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyi, Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondu, AZERROS FMMM və Azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən anım mərasimi 19 May qurbanlarının Bir dəqiqəlik sükutla anılması və fatihə surəsinin oxunması ilə başladı.

Daha sonra Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən səfirlik qarşısında yerləşdirilən xatirə lövhəsinin qarşısına güllər düzülüb əklil qoyuldu və şam yandırıldı

22 May 2015

By
@
backtotop