Azərbaycan və Monteneqro münasibətləri yüksək səviyyədə inkişaf edir

Dünən 19.05.2015 tarixində Azərbaycan və Monteneqro arasinda qarşılıqlı görüşlər keçirildi.

Monteneqro Parlamentinin sədr müavini, Monteneqro – Azəbaycan dostluq qrupunun rəhbəri cənab Sulko Mustafić, Monteneqronun Azərbaycan Respublikasına təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Branko Milic, Monteneqronun Azərbaycan Respublikasındakı Baş Fəxri Konsulu cənab Vüqar Əliyev , Monteneqro Parlamentinin müşaviri cənab Jasmin Bojadžić ilə Milli Məclisin vitse-spikeri cənab Valeh Ələsgərov və Azərbaycan – Monteneqro dostluq qrupunun rəhbəri cənab İqbal Məmmədov arasında görüş keçirildi. Görüş Milli Məclisdə baş tutdu.

Görüş zamanı tərəflər bir çox məsələlərlə yanaşı Parlamentlərarası dostluq qruplarının əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildiriblər. Monteneqro parlamentinin vitse spikeri Monteneqro prezidenti cenab Filip Vuyanoviçin ve Monteneqro Parlamentinin prezidenti cenab Ranko Krivokapiçin salamlarını cənab Prezident İlham Əliyevə və Milli Məclisin sədri cənab Oqtay Əsədova da çatdırmağı xahiş etdi.

20 May 2015

By
@
backtotop