Gürcüstanda koronavirusla bağlı Azərbaycan dilində məlumatlandırıcı vərəqələr paylanılır

18:01 | 20 Mart, 2020

Gürcüstanın Bolnisi rayonunda koronavirusla bağlı məlumatlandırıcı kampaniya keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, kampaniyada Bolnisi bələdiyyəsinin sədr müavini Buba Qobecişvili, rayonun Səhiyyə mərkəzinin rəhbəri Maka Mamardaşvili və könüllülər iştirak ediblər.

Kampaniya çərçivəsində azərbaycanlıların yaşadıqları kəndlərdə koronavirusa qarşı profilaktik tədbirlər barədə ətraflı məlumat verilib. Sakinlərə koronavirusun ötürülməsi yolları, özünütəcrid qaydaları və digər vacib məlumatların əks olunduğu Azərbaycan dilində çap olunan flayer və plakatlar paylanılıb.