Londonda keçirilən dəyirmi masada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışılıb

18:17 | 2 Dekabr, 2019

Böyük Britaniyada işgüzar səfərdə olan Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Dekabrın 2-də Londonda keçirilən dəyirmi masada çıxış edib. Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən hüquq müdafiəçisi Azərbaycanın üzləşdiyi müharibə və onun humanitar fəsadları barədə danışıb, azərbaycanlı qaçqın və məcburi köçkünlər, habelə əsir və girovlar haqqında geniş məlumat verib.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini diqqətə çatdıran hüquq müdafiəçisi hər iki tərəfin sülhə hazır olmasını, beynəlxalq hüququn norma və prinsiplərinin reallaşmasını və ədalətli sülhün baş tutmasını zəruri hesab edib.

Londonun siyasi elitasının, fəal ictimai-siyasi şəxslərin iştirak etdiyi dəyirmi masada müxtəlif suallar ətrfında fikir mübadiləsi aparılıb.