Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Moskvada tədbir keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində təntənəli qəbul keçirilib. Foyedə Heydər Əliyevin barelyefi qarşısına güllərin qoyulması ilə başlanan mərasim səfirliyin konfrans zalında davam edib.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib: “Ulu öndər Heydər Əliyev deyirdi ki, qəlbimin bir hissəsi Rusiyadadır. Bu, həqiqətən də belə idi. Heydər Əliyev Sovet İttifaqının rəhbərlərindən biri olub. O, Moskva, Rusiyanın regionları və keçmiş SSRİ respublikaları üçün çox böyük işlər görüb. Onun xidmətləri unudulmazdır”. Diplomat qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır və onun işləri Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Böyük Qələbənin 70 illiyi münasibətilə tədbirə toplaşanları təbrik edən P.Bülbüloğlu deyib: “Bu, bizim ümumi qələbəmizdir. Dünyanın faşizm xəstəliyindən xilas edilməsində Sovet İttifaqında yaşayan bütün xalqların böyük xidmətləri olub. Çox təəssüf ki, bu gün İkinci Dünya müharibəsinin yekunlarını təftiş etmək cəhdləri göstərilir. Azərbaycan Prezidenti hesab edir ki, bunlar tamamilə perspektivsiz cəhdlərdir. Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqı əmindir ki, bu, yolverilməzdir”.

Çıxış edənlər XX əsrin görkəmli siyasətçisi haqqında xatirələrini bölüşərək qeyd ediblər ki, xalqına və ölkəsinə qəlbən bağlı olan Ulu Öndər siyasi müəllim, müdrik rəhbər və gözəl insan olub.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Heydər Əliyevin adı Rusiya üçün son dərəcədə əhəmiyyətli və qiymətlidir. O deyib: “Bizim hamımız ötən əsrin 80-ci illərinin ikinci yarısının hadisələrinin necə mürəkkəb olduğunu və Heydər Əliyevin Moskvaya gəlişinin necə mühüm rol oynadığını xatırlayırıq. Sovet İttifaqının sosial infrastrukturunun inkişafında Heydər Əliyevin xidmətləri ölçüyəsığmazdır. Heydər Əliyevsiz bu gün müasir Azərbaycan da olmayacaqdı. Onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. O, nəinki dövləti qoruyub saxlayıb, həm də onun fundamental əsaslarını qoyub. Bu əsaslar nəticəsində Azərbaycan bu gün dünyada çiçəklənən, inkişaf edən və hörmət bəslənilən respublikaya çevrilib”.

P.Bülbüloğlu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qərarı ilə dünya elminin və Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Rusiya Akademiyasının həqiqi üzvü, fizika sahəsində Nobel mükafatı laureatı Jores Alferovun “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunduğunu bildirib və medalı alimə təqdim edib.

Fəaliyyətinin yüksək qiymətləndirildiyinə görə AMEA-ya təşəkkür edən J.Alferov deyib: “Bu gün çox fərəhli gündür. Mayın 9-da biz Böyük Qələbənin 70 illiyini qeyd etdik. Bu gün isə ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edirik”. Daha sonra alim bir çox azərbaycanlılarla, o cümlədən məşhur fizik, akademik Həsən Abdullayevlə dostluğundan da söhbət açıb.

Tədbirdə çıxış edən Rusiya Federasiyası Prezidentinin səlahiyyətli nümayəndəsi Aleksandr Beqlov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşlərini xatırlayaraq deyib: “O, çox müdrik, istedadlı insan və əsl müəllim idi. O, Rusiyanın çətin günlərində kömək əlini uzadıb və xalqımızı dəstəkləyib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Heydər Əliyevə hər zaman böyük hörmət bəsləyib”.

Rusiya Federasiyası Dövlət Dumasında Rusiya Federasiyası Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov Azərbaycanın çətin vaxtlarını – ötən əsrin 90-cı illərinin əvvəllərini xatırlayaraq qeyd edib ki, yalnız Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışı ilə ölkədə əmin-amanlıq bərpa olunub. G.Züqanov deyib: “Heydər Əliyev Azərbaycanda rus icmasının üzvləri ilə görüşərək onların azadlığına və müstəqilliyinə zəmanət verdiyini bildirib. Bu gün Azərbaycanda ruslar və müxtəlif xalqların nümayəndələri bir yerdə yaşayırlar və işləyirlər”.

Daha sonra G.Züqanov səfir P.Bülbüloğluya Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar xatirə nişanını təqdim edib.

Dövlət Dumasının deputatı Leonid Slutski diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin doğum gününün qeyd edildiyi bu binada Azərbaycan xalqının Ümummilli Lideri 1990-cı ildə Bakıda törədilmiş qanlı qırğının baiskarlarını ittiham etmişdi. “Heydər Əliyevin Bakıya qayıtmaq qərarı tarixi qərar idi. Onun bu gəlişi ilə ölkənin həyatında yeni mərhələ – sülhə, sabitliyə və müasir Azərbaycan dövlətçiliyinə doğru hərəkatın mərhələsi başlanıb. Əminliklə demək olar ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”, – deyə L.Slutski qeyd edib.

Təntənəli qəbulda Rusiyanın məşhur siyasətçiləri, mədəniyyət xadimləri, Moskvada akkreditə olunmuş xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1431329761140681968_750x500 14313297611472541006_750x500 14313297611623415757_750x500 1431329761271232804_750x500 14313297613290846974_750x500 14313308475259652790_750x500

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

11 May 2015

By
@
backtotop