Ruminiyada “Heydər Əliyev Kuboku-2015” mini futbol turniri keçirilib -FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyinin təşkilatçılığı ilə Buxarestin Herestrau parkında “Heydər Əliyev Kuboku-2015” mini futbol turniri keçirilib.

Tədbirdən əvvəl Buxarest şəhərində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında Ümummilli Liderin abidəsi ziyarət olunub.

ARDNŞ-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxış edərək ümummilli lider Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərinin formalaşması və inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, hər il Rumıniyada Ulu Öndərin adını daşıyan mini futbol turnirinin yüksək səviyyədə keçirilməsi ənənəyə çevrilib. O, yarışların təşkilinin Azərbaycan, Türkiyə və Rumıniya gəncləri arasında münasibətlərin güclənməsinə, eləcə də ölkəmizin təbliğinin daha geniş şəkildə aparılmasına xidmət etdiyini bildirib.

Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov dörd ildir ardıcıl olaraq keçirilən mini futbol turnirinin təşkilinə görə ARDNŞ-ın bu ölkədəki nümayəndəliyinə təşəkkürünü bildirib, idmançılara uğurlar arzulayıb.

Qardaş ölkənin Rumıniyadaki səfiri Osman Koray Ertaş Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin möhkəmlənməsində Heydər Əliyevin çox böyük rolu olduğunu vurğulayıb.

Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yulian Yanku bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan böyük uğurlara imza atıb. Ümummilli Liderin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib. Heydər Əliyev istər Azərbaycanda, istərsə də regionda reallaşan ən nəhəng layihələrin müəllifi kimi adını tarixə yazdırıb.

Rəsmi açılış mərasimindən sonra “Heydər Əliyev Kuboku-2015” mini futbol turnirinə start verilib. Dörd komandanın iştirak etdiyi yarış ilk dəqiqələrdən gərgin mübarizə şəraitində keçib. Turnirin finalında “Türkiyə səfirliyi” və “ARDNŞ-ın Rumıniya nümayəndəliyinin komandaları qarşılaşıblar. Final görüşündə “Türkiyə səfirliyi” komandası qalib gəlib.

Turnirin qaliblərinə kubok və medallar, digər komandalara isə fəxri fərman və müxtəlif hədiyyələr təqdim edilib.

14312849041802454242_750x500 14312849041878646554_750x500 14312849042682928999_750x500 14312849043655563989_750x500 14312849043863929619_750x500 1431284904442544858_750x500 14312849045947310088_750x500

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

11 May 2015

By
@
backtotop