Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Vaşinqtonda tədbir keçirilib – FOTO

Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən mayın 9-da Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Vaşinqtonda tədbir keçirilib.

Diaspora.az  saytı APA-ya istinadən məlumat verir ki , Vaşinqtondakı səfir Elin Süleymanov Heydər Əliyevin müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olduğunu bildirib, bu mənada onun Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb.

O, Azərbaycan xalqının hər zaman Heydər Əliyev kimi bir dövlət xadiminə malik olmasından fəxr hissi keçirdiyini deyib, onun əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dərin hörmətlə anıldığını ifadə edib. Səfir onun davamçısı prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyi, xalqımızın hərtərəfli tərəqqiyə şahid olduğu və Azərbaycanın beynəlxalq ictimaiyyətin nüfuzlu və güclü bir üzvü olaraq, mövqelərini möhkəmləndirdiyini vurğulayıb.

Digər tədbir iştirakçıları da Heydər Əliyev barədə xatirələrini bölüşüblər.

Tədbir çərçivəsində Heydər Əliyevin ABŞ-a etdiyi müxtəlif səfərlərdən çəkilmiş fotoşəkillərin sərgisi təşkil edilib, keçdiyi həyat yoluna dair film nümayiş olunub.

387587807c5ba9fbb4ddee16db779fd5 a542d7c5d805d309d02fe2d2ee04e339 a13730c2cf10e0d49f7fa3d91a018580 f2b004268a24b40687e733c909cdb2a7 fcf009171a5ec49297821fe971e9fb7f

10 May 2015

By
@
backtotop