Moskvada Şuşanın işğalı anıldı -FOTO

Moskvada Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi (ASGA) Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondu (AMİİF) ilə birgə Şuşanın işğal olunmasının 23 illiyinə həsr edilmiş “Şuşaya azadlıq” adlı yığıncaq keçirdi.

Diaspora.az saytı məlumat verir ki  “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin nümayəndələri və tələbə gəclərin toplandığı tədbirdə ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiili çıxış edərək Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyevin başlatdığı “Şuşaya azadlıq” hərəkatının tərəfdarları dünyanın 23 ölkəsində bu şüarla torpaqlarımızın işğaldan azad olunması üçün təbliğata qoşulduğunu söylədi.

ASGA Rusiya nümayəndəliyi və AMMİF-in ətrafında olan gənclərin də Moskvada bu hərəkata qoşuldugunu qeyd edən T. Allahverdili- “Azərbaycanın konservatoriyası sayılan, musiqi, muğam beşiyi olan “Şuşaya azadlıq!” şüarıyla bütün işgal altında olan torpaqlarımız geri qaytarılana qədər haqq səsimizi dünyaya çatdırmaq üçün davamlı surətdə fəaliyyət göstərəcəyik”-dedi.

Tədbirin aparıcısı Səbinə Rəhimova Şuşa haqqında qısa məlumat verərək, zaman-zaman erməni qəsbkarlarının təcavüzünə məruz qalmış Qarabağ torpaqlarının işgal tarixindən danışmaq üçün sözü tarxiçilərə verdi.

Tarixçi alim Əşrəf Hüseynli gənclərin Şuşanın anım günündə bir yerə toplaşaraq bu günü yad etməsini, ölkədən üzaqda yaşasalar da xalqlarının tarixini öyrənməyə maraqlı olduğunu təqdir edərək Şuşanın yaranması və işğallar tarixindən danışdı. “Şuşa dağlarına, düzlərinə verlən adlarda onun başı faciələr gördüyünün izləri var. O faciələr, o işgəncələr ki, dünyanın ən qəddar canisinin belə etmədiyi vəhşiliklərə ermənilər imza ataraq, xalqımızın başına zülm açıblar”-dedi.

Bakıdan gələn qonaq, tarxiçi alim, politoloq Adıgözəl Məmmədov da milli məfkurə qayıdış, mili məntiq və milli yaddaş baxımından belə bir tədbirin keçirilməsinin təqdirə layiq hal olduğunu bildirdi.

O, tarix arxivlərində çalışarkən bir çox faktlara rast gəldiyini söylədi. A. Məmmədov tarixin bir zaman üstündən keçilən bəzi məqamlarının bu gün açılmasının vaxtı çatdığını qeyd etdi. Azərbaycanın torpaqlarının işğalçılıq siyasətinin təməlinin üzün zaman əvvələrə təsaduf etdiyini deyən alim, bu gün gənclərin başladığı bu yolda onlara can-başla yardım etməyə hazır olduğunu vurğuladı.

“Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov, şairə Afaq Şıxlı, şair Sultan Mərzili də bu ağrılı gündə toplaşaraq Şuşanı anmaqla qalmamalı, hər birimiz siz gənclərə dayaq olaraq torpaqlarımızın geri alınması üçün təbliğatımızı hər gün davam etdirməliyik- dedilər.

Rus tələbə Radion Radionov Şuşanı Azərbaycan cəmiyyətinə yaxınlaşaraq, azərbaycanlı dostlarının köməyi ilə onun haqqında yazılanlardan, çəkilən sənədli filmlərdən tanıdığını və təsirlənib şeir həsr etdiyini bildirdi və “Şuşa” şeirini oxudu.

Tədbirin sonunda AMİİF-in sədri Şamil Tağıyev çıxış edərək bugünkü gəncliyin öz tarixinə biganə olmadığını, onların babalarının torpaqlarını azad etmək üçün tutduqları bu yoldan dönməyəcəklərini söylədi. “Bu kiçik zalda kim bilir, bəlkə Şuşanın xilsakarları var”- dedi.

“Biz 23 illik anım günü deyil, tarixi sayımı “Şuşaya azadlıq”lığı əldə şüar edərək qələbə ildönümünə köklənərək yola çıxmışıq”-deyə qeyd etdi Ş.Tağıyev.

Naləli kamanın ifası, “Şuşa, vətən, bayraq” haqqında şeirlər səslənməsi ilə davam edən tədbirin sonunda iştirakçılar birlikdə Şuşanın işğalından bəhs edən sənədli filmə baxdılar.

1431117444_foto-2 1431117456_11258044_638275792938908_6541049308827760577_n 1431117551_foto-3 1431117564_foto

22496_655727481238347_2999836558572016828_n10533114_655727597905002_4852328924819895136_n11051835_655727534571675_4723357345167467544_n

Moskvada Şuşanın işğalı anıldı -FOTO

09 May 2015

By
@
backtotop