Daşkənddə “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti olacaq

Mayın 13-də Daşkənd şəhərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti olacaq.
Azərbaycanın Özbəkistandakı səfirliyinin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçiriləcək konsert ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.
Konsertdə BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Azərbaycan bəstəkarlarının klassik əsərlərini ifa edəcək. Niyazi, Fikrət Əmirov, Qara Qarayev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Vaqif Mustafazadə, həmçinin Jorj Bize, Astor Piazzolo və digər tanınmış bəstəkarların əsərləri səsləndiriləcək.
Orkestrin dirijoru Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovdur.

07 May 2015

By
@
backtotop