Azərbaycan-Amerika Gənclər Birliyi sədri ATƏT-in Vyana toplantısında iştirak edir

18:38 | 21 Noyabr, 2019

21-22 Noyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin təşkil etdiyi “Sərbəst toplaşmaq Azadlığı”na dair illik konfransı keçirilir. Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər.

Tədbirdə yaxından iştirak edən Azərbaycan-Amerika Gənclər Birliyi sədri Vüqar Əhmədov müxtəlif ölkələrin diplomatları, habelə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib, Azərbaycanda sərbəst toplaşmaq azadlığının tam təmin olunması və ölkədə keçirilən geniş islahatlar barədə ətraflı məlumat verib.