Xaricdəki daha 1385 azərbaycanlı geri qaytarılacaq

01:30 | 21 Noyabr, 2019
“Daha 1385 nəfər Azərbaycana geri qaytarılacaq”.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynli “Real” TV-yə müsahibəsində gözlənilən readmissiya ilə bağlı danışarkən bildirib.
V.Hüseynli qeyd edib ki, geri qaytarılacaq şəxslərin 80 faizi Almaniyadandır.
Xatırladaq ki, noyabrın 14-də Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.