Azərbaycanın Belçikadakı səfirliyində ağacəkmə aksiyası təşkil edilib

21:06 | 19 Noyabr, 2019

Azərbaycanın Belçikadakı səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, səfirliyin geniş park ərazisində səfirlik əməkdaşları tərəfindən ağaclar əkilərək əlamətdar yubiley haqqında fikirlər söylənilib. Belçikanın iqlim şəraiti və səfirliyin geniş ərazisi nəzərə alınaraq burada palıd ağacları əkilib. Həmçinin əməkdaşlar Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasını yüksək qiymətləndirib və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel