Daşkənddə “Xalqların adət-ənənələri” adlı festival keçirilib

Daşkəndin Dəmiryol və Nəqliyyat Kollecində “Xalqların adət-ənənələri” adlı festival keçirilib. Ölkəmizi festivalda Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Mədəniyyət mərkəzi üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, tariximiz, mədəniyyətimiz və incəsənətimizdən bəhs edən nəşrlər, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar haqqında kitablar, habelə suvenirlər yer alıb.

Festival iştirakçıları öz xalqlarının adət-ənənələrini, rəqs və musiqilərini təqdim ediblər. AMM-in nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının çıxışı maraqla qarşılanıb.

Sonda daha çox fərqlənən kollektivlərə fəxri diplomlar verilib. Onların sırasında AMM də var

02 May 2015

By
@
backtotop