Özbəkistanda Azərbaycan abidələrinin fotosərgisi keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Daşkənddə “Könlüm keçir Qarabağdan” adlı Azərbaycan abidələrinin fotosərgisi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan səfirliyinin və mədəniyyət mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri iştirak edib.

Səfirliyin birinci katibi, mədəniyyət mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda Azərbaycan səfirliyi və onun Mədəniyyət Mərkəzi tərəfindən Qarabağ probleminə dair təbliğat işlərinin genişləndirildiyini bildirib, təşkil olunan sərgidə ilk dəfə olaraq Qarabağ abidələrinin maketlərini, Qarabağ geyimlərini, kulinariyasını və milli mədəni irs nümunələrinin nümayiş etdirildiyini qeyd edib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Berlindəki “Azərbaycan Evi”nin əməkdaşı Yeganə Azadova və başqaları tədbirin əhəmiyyətindən danışıblar.

Tədbirdə “Şuşa” sənədli filmi nümayiş etdirilib, Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri, laureat Rəna Əzizova Qarabağ haqqında mahnılar ifa ediblər.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 Aprel 2015

By
@
backtotop