Moskvada təşkil olunan “Nasizmə qarşı birlikdə idik” adlı sərgidə Azərbaycan da təmsil olunur

Moskvanın Böyük Vətən Müharibəsi Muzeyində “Birlikdə əldə edilmiş qələbə” adlı forum çərçivəsində Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü ilə əlaqədar “Nasizmə qarşı mübarizədə birlikdə idik” adlı sərgi açılıb.

Sərgidə Azərbaycana həsr olunmuş ekspozisiyanın təşkilində Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Nərgiz Abdullayeva, Azərbaycan İstiqlal Muzeyinin baş mühafizi Aida Axundova və tərtibatçı-rəssam Samir Rzayev iştirak ediblər.

Nazirlikdən  bildirilib ki, ölkəmizlə bağlı ekspozisiya “Azərbaycanın qızıl ulduzları”, “Azərbaycan xalqının Böyük Vətən müharibəsi illərində qəhrəmanlığı”, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” və “416-cı Taqanroq atıcı diviziyası” adı altında təqdim olunub. Bununla yanaşı sərgidə Azərbaycan Milli İncəsənət, İstiqlal və Milli Azərbaycan Tarixi muzeylərinin fondlarından eksponatlar, görkəmli rəssamlarımızın Böyük Vətən müharibəsinə həsr etdikləri rəsm əsərləri, sənədli filmlər və Azərbaycanın Milli Arxivindən fotolar nümayiş etdirilib.

Azərbaycan ekspozisiyası ilə yaxından tanış olan Rusiyanın Baş naziri Dmitri Medvedevə xalqımızın bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlar, Qələbənin əldə olunmasında Bakı neftinin əhəmiyyəti, görkəmli rəssamlarımızın müharibə mövzusuna həsr etdikləri rəsm əsərləri barədə ətraflı məlumat verilib. Ekspozisiyanın Azərbaycan dövlətinin veteranlara göstərilən diqqət və qayğısına həsr olunmuş bölümündə Baş nazir fotolar və “Azərbaycanın qızıl ulduzları”nın siyahısı ilə tanış olub.

Rusiyanın Baş naziri ekspozisiyanı yüksək qiymətləndirib və nümayəndə heyətini təbrik edərək təşəkkürünü bildirib.

Sərgidə iştirak edən qonaqlara Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap edilmiş Azərbaycan rəssamlarının Böyük Vətən müharibəsinə həsr etdikləri əsərlərin kataloqu və CD disklər paylanılıb.

Sərgi oktyabrın 18-dək davam edəcək.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 Aprel 2015

By
@
backtotop