Azərbaycan X Belarus Beynəlxalq Media Forumunda təmsil olunacaq

İyunun 7-dən 10-dək Belarusun paytaxtında, Minsk və Brest vilayətlərində “Gələcək naminə tərəfdaşlıq: Böyük Qələbənin irsi” mövzusunda X Belarus Beynəlxalq Media Forumu keçiriləcək.

Azərtacın  BELTA saytına istinadla bildirir ki, bu Media Forumu müasir dövrün aktual məsələlərini müzakirə etmək, fikir mübadiləsi aparmaq, yeni ideya və konsepsiyaları işləyib hazırlamaq məqsədilə MDB ölkələrinin, yaxın və uzaq xaricin ekspert və media ictimaiyyətinin görkəmli nümayəndələrini bir yerə toplayan nüfuzlu beynəlxalq layihədir.

Belarus İnformasiya Nazirliyindən bildirilib ki, builki forum Böyük Qələbənin 70 illiyi, Belarusun mürəkkəb geosiyasi şəraitdə xüsusi sülhpərvər rolu kontekstində keçiriləcək. Forumun əsas tədbirlərinə tematik panel müzakirələrin aparılacağı plenar iclas, aparıcı əcnəbi və Belarus jurnalistləri tərəfindən ustad dərslərinin keçiriləcəyi yay jurnalistika məktəbi, Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarix Muzeyinə, “Qəhrəman Brest qalası”na, “Xatın” memorial kompleksinə ziyarəti nəzərdə tutan “Yenilməz Belarus” layihəsi daxildir.

X Belarus Beynəlxalq Media Forumu çərçivəsindəki tədbir və diskussiyalarda Azərbaycan tərəfindən  Azərtacın nümayəndəsi də iştirak edəcək.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 Aprel 2015

By
@
backtotop