Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 5 illik yubileyi

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) möhtəşəm 5 illik yubileyi qeyd edilib. UAGB-nin Dnepropetrovsk Vilayət təşkilatının mətbuat xidmətinin rəhbəri Asim Qurbanzadənin Diaspora.az saytına verdiyi məlumata görə, “5 illik yubiley” adlanan gecə Dnepropetrovsk şəhərindəki Sultan Əyləncə və İstirahət Mərkəzində düzənlənib.

Tədbirdə Ukraynanın müxtəlif şəhərlərində yaşayan və təhsil alan gənclər, diaspora rəhbərləri,yerli gənclər təşkilatlarının nümayəndələri və media təmsilçiləri iştirak edib.Təbbirə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 5 illik hesabat konfransı ilə start verilib. Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, Dnepropetrovsk Vilayət şurasının deputatı Fəxrəddin Muxtarov, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, sədr müavinləri Nəcəf Əhmədov, Zöhrab Cəfərov, Zübeyir Əliyev, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov, Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa Ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlu, Ukraynanın xalq artisti Qurban Abbasov və digər şəxslər iştirak ediblər.

Çıxışlarda 2010-cu ildə təsis edilmiş Ukrayna Azərbaycanlı Gənclər Birliyinin əldə etdiyi yüksək nailiyyətlərdən söz açılıb. Son 5 ildə xalqımızın qədim adət-ənənələrinin, zəngin mədəniyyətinin və Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin qarşısında daha böyük vəzifələrin durduğunu vurğulayıblar. Fəaliyyət proqramlarını Ulu Öndər Heydər Əliyevin dövlətçilik və Azərbaycançılıq ideologiyası üzərində quran gənclərimizə gələcək işlərində böyük uğurlar arzulayıblar.

Tədbirə qatılanlar Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 5 illik fəaliyyətini özündə əks etdirən videoçarxa baxmaqla birliyin səmərəli fəaliyyəti ilə tanış olublar.

Tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva çıxış edərək, rəhbərlik etdiyi qurumun 5 illik fəaliyyəti haqqında geniş hesabat verib. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişaf edərək bölgədə lider dövlətə çevrilməsindən qürur duyduqlarını bildirən birliyin sədri, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsində, xalqımızın qədim və zəngin mədəniyyətinin təbliğ olunmasında, xüsusəndə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlı gənclərin üzərinə düşən öhdəliklərdən danışıb. Qeyd edib ki, 5 il bundan öncə fəaliyyətə başlayan UAG-nin Ukraynanın 20 vilayətində regional təşkilatları yaradılıb.Sıralarında minlərlə azərbaycanlı gənci birləşdirən UAGB ötən dövr ərzində ,tarixi vətənimiz naminə yüzlərlə tədbir həyata keçiribki ,bunlarında əksəriyyəti ermənilərin son 2 əsrdə xalqımıza və dövlətimizə qarşı həyata keçirtdiyi işğalçılıq və soyqrım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması ilə bağlıdır.

İ. Allahverdiyeva maraqlı təklif irəli sürüb: “Ermənilərin işğalçılıq və uydurma soyqrım siyasətinə qarşı mübarizə aparmaq üçün UAGB hər il aprelin 24-nü Ukraynada yaşayan Azərbaycanlı gənclərin həmrəylik günü elan edib. Təklif edirəm ki, uydurma erməni ideologiyasına qarşı birgə mübarizə aparmaq üçün hər il aprel ayının 24-ü Azərbaycan və Türkiyə gənclərinin həmrəylik günü elan olunsun. Bu həmçinin Çanaqqala savaşında həlak olmuş Azərbaycan və Türk şəhidlərinin ruhlarınada bir ehtiram günü olardı”.
İlhamə Allahverdiyava həmçinin UAG-yə daima dəstək verən Diaspora məsələləri üzrə Dövlət Komitəsinə,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə,Azərbyacnanın Ukraynadakı səfirliyinə və Azərbaycan Dövlət Neft Şirkətinə minnətdarlığını bildirib.

200-dən çöx gəncin qatıldığı tədbirdə UAGB-nin Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirovanın, Nikolayev təşkilatının sədri Xəyyam Həqiqətoğlunun, Lvov Vilayət təşkilatının sədr müavini Elbin Quliyevin, Vinnitsa Vilayət təşkilatının sədri Adil Aydınoğlunun hesabatları dinlənilib. Gənclər çıxışlarında Azərbaycanın inkişaf edərək qüdrətli dövlətə çevrilməsindən qürur duyduqlarını bildiriblər. Ökləmizin Cənubi Qafqazda və beynəlxalq arenada nüfuzlu dövlətə çevrilməsində böyük rolu olan prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən gənclər hər zaman onun apardığı uğurlu siyasətə dəstək olduqlarını vurğulayıblar.

Sonra tədbir UAGB-nin 5 illik yubileyi münasibəti ilə təşkil olunmuş bayram süfrəsi ətrafında davam etdirilib. Yubiley gecəsində Ukraynanın xalq artisti Qurban Abbasovun , balaca səhnə ulduzları Sunay Göyçaylının, Səbinə Mürsəlovanın ifa etdikləri şən və həzin mahnılar vətən sevgili gənclərə xoş və yaddaqalan anlar yaşatdırıb. Gənclərin rəqs edib, şənləndikləri gecədə UAGB-nin inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri diplomlar təqdim olub.

30 Aprel 2015

By
@
backtotop