Gürcüstan azərbaycanlıları uydurma “erməni soyqırımı” ilə əlaqədar bəyanat qəbul ediblər.

Azərbaycanlıların Mədəniyyət Mərkəzində Gürcüstanın azərbaycanlı ziyalıları, Gürcüstan parlamentinin azərbaycanlı üzvləri, QHT təmsilçiləri, KİV nümayəndələri, gənclər beynəlxalq ictimaiyyəti çaşdırmaq və öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə uydurulmuş “erməni soyqırımı” ilə əlaqədar bəyanat qəbul ediblər. Bəyanatda aşağıdakılar bildirilir.
Onilliklər ərzində ermənilər təsdiq etməyə çalışırlar ki, birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasında onlara qarşı soyqırım törədilib və bütün dünyanı buna inandırmaq istəyirlər. Həqiqət odur ki, birinci dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxsaylı erməni tələf olub, lakin həmin dövrdə məhz bu səbəbdən daha çox türk ölüb. Qeyd edilməlidir ki, erməni silahlı dəstələri Mərkəzi Anadoluda yaşayan insanların çox böyük hissəsini – kişini, qadını və uşaqları seçmədən qətlə yetiriblər.
Buna görə də ermənilər onlara qarşı törədilən hərəkətlərə görə cavab verilməsini tələb etmək əvəzinə, yaxşı olar ki, əsrlər boyu yan-yana yaşadıqları türkləri qətlə yetirmələrini yada salsınlar.
Əgər ermənilər tarixi faktları obyektiv şəkildə araşdırmaq istəyirlərsə, siyasi məqsədlərə görə tarixi reallığı eybəcərləşdirməkdən cəkinməlidirlər və tarixin araşdırılmasını mütəxəssislərə həvalə etməlidirlər. Türklər, ermənilərdən fərqli olaraq, öz arxivlərini tarixçilərə açdılar və həqiqəti üzə çıxarmaq naminə tarixçilərin birgə komissiyasının yaradılması təklifini tamamilə dəstəkləyirlər.
Məlumdur ki, ermənilərin soyqırımı ilə əlaqədar yayılmış məkrli iddialararının arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin ermənilərə verilməsi tələbləri durur. Ermənilər bu günə kimi Türkiyənin Şərq ərazisini “Qərbi Ermənistan” kimi adlandırırlar və Turkiyə-Ermənistan sərhədini rəsmi şəkildə tanımırlar.
Ermənistanın bu ekspansiv siyasəti yalnız Türkiyəyə qarşı yönəlməyib. Məlumdur ki, 1918-ci il mart ayının 30-3-də Bakıda və Azərbaycanın digər regionlarında erməni silahlı qrupları tərəfindən azərbaycanlılar kütləvi şəkildə qətlə yetirilmişlər. Həmin hadisələr zamanı rəsmi statistikaya görə 12 min azərbaycanlı öldürülüb və minlərlə adam itgin düşüb.
Ermənistan 1991-1994-cü illərdə Azərbaycan ərazisinin 20%-ni işğal edib və bu işğal bu günə kimi davam edir. Bu prosesdə ermənilər 1992-ci ilin fevral ayının 26-da Xocalıda və Azərbaycanın digər kənd və şəhərlərində minlərlə insanı amansızcasına qətlə yetirmişlər. Bir milyona yaxın azərbaycanlı isə erməni təcavüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşüb və Azərbaycanın digər bölgələrində qaçqın qismində məskunlaşıblar.
Əgər ermənilər və Ermənistan region ölkələri ilə dinc yanaşı yaşamaq istəyirsə, ilk növbədə, qonşulara qarşı düşmənçilik mövqeyinə və siyasətinə son qoymalı, onların suverenliyi və ərazi bütövlüyünə hörmət etməlidir. Bu, ermənilərin maraqlarına daha çox uyğundur, əks halda Ermənistan regionda təcrid olunmuş ölkə kimi qalacaq. Bunu yalan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışan erməni lobbisi də yaxşı dərk etməlidir.

Nail Əhməd

24 Aprel 2015

By
@
backtotop