Yekaterinburqdakı qətllə əlaqədar azərbaycanlı və erməni icmalarının rəhbərləri arasında görüş keçirilib

Rusiyanın Yekaterinburq şəhərində 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynovun ermənilər tərəfindən qətli ilə əlaqədar Sverdlovsk vilayət qubernatorluğunda Azərbaycan və Ermənistan diaspor rəhbərlərinin görüşü keçirilib.

Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk vilayəti üzrə sədri Şahin Şıxlinski APA-ya açıqlamasında bildirib ki, görüş vilayət qubernatoru Yevqeni Kuyvaşevin təşəbbüsü ilə baş tutub.

Sverdlovsk vilayəti administrasiyasının aparat rəhbəri Sergey Prestroninin iştirakı ilə baş tutan görüşdə Azərbaycan diasporunun rəhbəri kimi Ş. Sıxlınski və erməni diasporunun rəhbəri kimi “Ani-Armeniya” cəmiyyətinin sədri Masis Nazaryan iştirak ediblər. Ş. Şıxlıinski deyib ki, M. Nazaryan ermənilərin bu hadisədən ciddi narahat olduqlarını və qətli törədənlərin dərhal cəzalandırılmasını istədiklərini nəzərə çatdırıb: “Sverdlovsk vilayəti administrasiyasının aparat rəhbəri Sergey Prestronin bildirdi ki, bu hadisənin istintaqı şəxsən qubernatorun nəzarəti altındadır və cinayətkarlar tezliklə obyektiv şəkildə mühakimə olunacaqlar”.

Qeyd edək ki, E. Hüseynov aprelin 19-da səhər saatlarında Yekaterinburqdakı kafelərin birində baş vermiş insident zamanı bıçaqlanaraq öldürülüb. Hadisəni törədənlər qaçıblar. Araşdırma zamanı məlum olub ki, cinayəti törədənlər Tiqran və Andranik Çiçakyan qardaşlarıdır. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlasalar da, daha sonra onlardan 4-ü sərbəst buraxılıb. Bir nəfər barəsində axtarış elan edilib. T. Çiçakyan barəsində cinayət işi başlanıb

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

22 Aprel 2015

By
@
backtotop