Diaspora Komitəsinin sədri Nazim Ibrahimovdan müsahibə

Diaspora.az saytı oxucularına Yeni Müsavatın Diaspora Komitəsinin sədri Nazim İbrahimovdan götürdüyü müsahibəni təqdim edir.

Nazim İbrahimov: “1915-ci ildə əslində nə baş verdiyini “erməni soyqırımı” iddiaları ilə bağlı qərarlar qəbul edən dövlətlər bizdən daha yaxşı bilir; sadəcə, bu gün, bu mövzu ermənilərdən də çox onların maraqlarına xidmət edir”

Roma papasının saxta soyqırım iddialarına  haqq qazandırmasının ardınca Avropa Parlamentinin də ermənipərəst mövqedən çıxış edərək 24 aprellə bağlı ermənilərin xəyallarına dəstək verməsi yeni bir situasiyanın yaranmasını şərtləndirib. Paralel olaraq ortaya Azərbaycan və Türk diasporunun mövcud durumu ilə bağlı da müxtəlif yanaşmalar ortaya çıxıb. Əsas suallardan biri də budur:Ətrafında milyonları birləşdirən iki nəhəng diaspora qondarma “erməni soyqırımı” məsələsində erməni diasporuna niyə uduzdu və yaxud buna uduzmaq demək olarmı?
Bu sualla müraciət etdiyimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Yeni Müsavat”a bunları bildirdi: ““Erməni soyqırımı” iddiaları ilə bağlı müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarları Türk və Azərbaycan diasporunun zəif fəaliyyətinin nəticəsi kimi təqdim etmək tamamilə yanlış yanaşmadır. Bu məsələyə erməni lobbisi və diasporunun güclü təbliğatının nəticəsi kimi deyil,  regionda maraqları olan dövlətlərin yürütdüyü siyasət kontekstində baxmaq daha doğru və daha real yanaşma olardı. Bu gün 1915-ci il hadisələrinin müəyyən qüvvələr tərəfindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunması heç kimə sirr deyil. Bu cür siyasi konyuktura əsaslanan birtərəfli və ədalətsiz  qərarları qəbul edən dövlətlər və təşkilatlar məsuliyyətdən yayınmaq üçün bunu erməni diasporu və lobbisinin fəaliyyətinin nəticəsi kimi təqdim edir. Lakin aydın məsələdir ki, onilliklər, hətta yüzilliklərlə tarixi olan bu beynəlxalq qurumların, yaxud ayrı-ayrı ölkələrin heç bir geosiyasi və hətta iqtisadi maraq güdmədən hansısa ictimai birliklərin, icmaların təzyiqi ilə qərar qəbul etməsi mümkün deyil”.

N. İbrahimov onu da əlavə etdi ki, bu gün erməni diasporunun da Ermənistan dövləti kimi ayrı-ayrı güclərin əlində oyuncağa çevrildiyi şəksizdir: “Baş verənlərin bütün məsuliyyətini Azərbaycan və Türk diasporunun üzərinə atmaqla əslində diqqəti əsl səbəblərdən yayındırmış oluruq. Bu gün bir sıra Avropa ölkələrində, eləcə də ABŞ-da güclü Türk və Azərbaycan diasporu fəaliyyət göstərir və məhz bu məsələdə bu qurumlar çox fəal mövqe nümayiş etdirir. Buna  saxta ”soyqırım” iddiaları əleyhinə   Almaniya, ABŞ, İsveç, Hollandiya və digər ölkələrdə keçirilmiş etiraz aksiyalarını, konfransları və digər önəmli təbliğat tədbirlərini misal göstərmək olar. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, 1915-ci ildə əslində nə baş verdiyini “erməni soyqırımı” iddiaları ilə bağlı qərarlar qəbul edən dövlətlər bizdən daha yaxşı bilir. Sadəcə, bu gün, bu mövzu ermənilərdən də çox onların maraqlarına xidmət edir. Türkiyənin, eləcə də Azərbaycanın sürətli inkişafı, son illərdə həm iqtisadi, həm də siyasi sahədə əldə etdiyi çox  mühüm nailiyyətlər  bəzi dairələrin narahatlığına səbəb olub. Ona görə də “erməni soyqırımı” mövzusu ətrafında manipulyasiyalara bu narahatlığın ifadəsi kimi yanaşmaq daha obyektiv münasibət hesab olunmalıdır”.
 
Diaspora Komitəsi sədrinin sözlərinə  görə, şübhəsiz ki, bütün bunlar arxayınlaşmaq və baş verənlərə heç bir reaksiya verməmək kimi qəbul olunmamalıdır: “Əksinə, bu gün Azərbaycan və Türk diasporunun birliyə, birgə fəaliyyətə daha çox ehtiyacı var və bu istiqamətdə də lazım olan addımlar atılır. Bakıda ötən illərdə iki böyük tədbir – Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor sahəsində fəaliyyət göstərən dövlət qurumları rəhbərlərinin toplantısı və diaspor təşkilatları rəhbərlərinin forumu keçirildi. Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan diasporunun birgə fəaliyyətini təmin etmək məqsədilə ortaq fəaliyyət strategiyası qəbul olunub. Türk diasporu ilə Azərbaycan diasporu arasında çox sıx əməkdaşlıq var və gələcəkdə bu daha da gücləndiriləcək”.

22 Aprel 2015

By
@
backtotop