Misirdə Nizami Gəncəvinin büstünün açılışı olub

Misirin İsgəndəriyyə Kitabxanasında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş  beynəlxalq konfrans və mütəfəkkirin büstünün açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Komitənin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Misirin İsgəndəriyyə Kitabxanası tərəfindən təşkil olunub.

Tədbirdə İsgəndəriyyə şəhərinin qubernatoru Hani Əlməsiri, Misir baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, təşkilatın digər həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa, Mərkəzin İdarə Heyətinin üzvləri, eks-prezidentlər – Petar Stoyanov (Bolqarıstan), Emil Konstantinesku (Rumıniya), Boris Tadiç (Serbiya), Rexhep Meydani (Albaniya), Andres Pastrana (Kolumbiya), Niderlandın sabiq Baş naziri Vim Kok, eləcə də  Ərəb Liqasının sabiq rəhbəri Əmr Musa, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Azərbaycan Respublikasının Misirdəki səfiri Şahin Abdullayev və səfirliyin əməkdaşları, Nizami irsini tədqiq edən misirli alimlər, ictimai-siyasi xadimlər, ictimaiyyətin nümayəndələri və tələbələr iştirak edib. Konfransdan sonra İ.Seragəldin Azərbaycan dövləti tərəfindən rəhbərlik etdiyi İsgəndəriyyə Kitabxanasına təqdim olunmuş büstün açılışını edib. Açılış mərasiminin ardınca tədbirdə iştirak edən media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Tədbirin ikinci hissəsi Nizami Gəncəvi yaradıcılığını tədqiq edən alimlərinin çıxışları və geniş müzakirələrlə davam edib. Konfrans çərçivəsində İ.Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da keçirilib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

21 Aprel 2015

By
@
backtotop