Azərbaycanlı tələbələr erməni milliyyətçiliyini təbliğ edən sənətçinin Zonquldakda konsert verməsinə etiraz edirlər

Aprelin 21-də Türkiyənin Zonquldak şəhərində erməni milliyyətçiliyini təbliğ edən bəstəkar-pianoçu Armen Aharoniyan rəhbərliyi ilə konsert keçiriləcək.

Belə bir tədbirin planlaşdırılması burada yaşayan və oxuyan azərbaycanlı tələbələrin etirazına səbəb olub. Tələbələr adından şəhər rəhbərliyinə müraciət ünvanlanıb. Zonquldakdakı Bülent Ecevit Universitetinin 5-ci kursunda oxuyan azərbaycanlı tələbə Farrux Akqubayev APA-ya bildirib ki, erməni  pianoçu-bəstəkar Armen Aharoniyan rəhbərliyi ilə planlaşdırılan konsertin onların təhsil aldığı universitetdə keçirilməsi planlaşdırılıb.

O qeyd edib ki, şəhərin küçələrində konsertin afişaları yayılandan sonra azərbaycanlı tələbələr dərhal buna qarşı imzatoplama kampaniyası keçiriblər, universitet rəhbərliyi ilə görüşüblər və universitet ərazisində konsertin afişalarının yığışdırılmasına nail olublar. Daha sonra universitet rəhbərliyinin razılığı ilə şəhər rəhbərliyinə konsertin təxirə salınması üçün müraciət edilib. F. Akqubayen bildirib ki, bu işdə azərbaycanlı tələbələrlə yanaşı, yerli türk millətçi gənclər də onlara dəstək olur.

Konsertdə türkiyəli saz ustası Çengiz Özkanın da iştirakı planlaşdırılb. Erməni sənətçi 24 aprel – qondarma erməni “soyqırımı” ərəfəsində Türkiyənin digər şəhərlərində də konsertlər verəcək.

Qeyd edək ki, A. Aharoniyan ötən həftə Şimali Kipr Türk Cümhuriyyətində verdiyikonsertlərdə uydurma erməni “soyqırımı”na həsr olunmuş mahnılar ifa edib

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

20 Aprel 2015

By
@
backtotop