Azərbaycanın Xarkovdakı fəxri konsulluğunda fabrik, zavod rəhbərlərinin iştirakı ilə tədbir olub

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda Xarkov vilayətinin bir sıra fabrik, zavod və sənaye müəssisələri rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, dəyirmi masada Xarkov vilayət dövlət administrasiyasının, “Xarkov Elektromaş” zavodunun, ”Truboatom” ASC-nin, ”Xarkov Traktor” zavodunun, “Xarkov maşınqayırma” zavodunun rəhbərləri, müxtəlif fabrik və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər. Dəyirmi masanı Azərbaycanın  Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, ölkələrimiz müstəqillik əldə etdikdən sonra Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı iqtisadi əməkdaşlığın inkişaf dinamikasından söz açıb.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu sosial iqtisadi islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələr haqqında ətraflı məlumat verən fəxri konsul, Azərbaycan və  Xarkov  vilayətində fəaliyyət göstərən fabrik, zavod və sənaye  müəssisələri, o cümlədən, aqrar və turizm sektorları arasında  səmərəli əlaqələrin qurulması üçün əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə fəxri konsulluğun regional əməkdaşlığın inkişafına , müştərək  işbirliyinin qurulmasına və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb. Bu günlərdə Ukrayna Ali Radasının deputat qrupunun Azərbaycana işgüzar səfər etdiyini və səfər çərçivəsində keçirilən səmərəli görüşlər haqqında məlumat verən Əfqan Salmanov hazırda Xarkov Vilayət rəhbərliyinin başçılığı ilə nümayəndə heyətinin Azərbaycana işgüzar səfərində hazırlandığını bildirib. Təşkil olunan hər bir səfərin ölkələrimiz arasındakı iqtisadi, mədəni əlaqələrin inkişafına təkan verəcəyini nəzərə çatdırıb. Tədbirdə  Xarkov vilayət dövlət administrasiyasının iqtisadiyyat və beynəlxalq əlaqələr departamentinin direktoru Viktor Kovalenko çıxış edərək, son dövrlər Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukraynanın bir sıra regionları arasında yeni əməkdaşlığın qurulmasından bəhs edib. Bu baxımdan artıq Azərbaycanla Xarkov vilayətinin bir sıra sənaye müəssisələri arasında əməkdaşlığa dair müqavilənin imzalanmasının təqdirəlayiq hal olduğunu bildirib. Xarkov Vilayətinin işgüzar dairələrinin  Azərbaycanla işbirliyinə xüsusi maraq göstərdiyini nəzərə çatdıran Viktor Kovalenko bununla bağlı  yaxın gələcəkdə Xarkov Vilayət rəhbərliyinin başçılığı ilə Azərbaycana olunacaq işgüzar səfərin  faydalı nəticələr verəcəyinə əmin olduğunu vurğulayıb.  Dəyirmi masada “Xarkov Traktor” zavodunun regionlararası əməkdaşlıq idarəsinin direktoru İqor Sazonov çıxış edərək, Azərbaycana ağır traktorların göndərilməsində və müştərək işbirliyinin qurulmasında maraqlı olduqlarını bildirib.  Müzakirələrdə iştirak edən “Xarkov Elektrotyajmaş” zavodunun direktor müavini  Roman Dolqiy, “Truboatom” zavodunun direktor müavini Aleksey Korşunov, ”Xarkovmaş” müəssisəsinin direktorlar şurasının sədri  Konstantin Dixtyarenko  və bir sıra zavod və sənaye müəssisələrinin  rəhbərləri Azərbaycanın aidiyyatı qurumları ilə qarşılıqlı  əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi maraq göstərdiklərini və bunun gələcəkdə  səmərəli fayda verəcəyinə əminliklərini bildiriblər.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

20 Aprel 2015

By
@
backtotop