Qırğızıstanda yaşayan soydaşlarımızla görüş keçirilib

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkədə yaşayan soydaşlarımızın bir qrupu ilə görüşüb.

Qırğızıstan Xalqları Assambleyasında keçirilən görüşdə “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev deyib ki, bu görüşün keçirilməsində məqsəd Qırğızıstanda yaşayan həmvətənlərimizin qayğı və problemləri ilə yaxından tanış olmaq, onların həlli yollarını tapmaqdır. Ə.Əliyev erməni diasporunun qondarma “soyqırımı” ilə bağlı təbliğat işlərinin qarşısının alınmasının vacibliyini bildirib, bunun üçün Qırğızıstanda yaşayan azərbaycanlıları birliyə çağırıb.

Görüşdə iştirak edən Qırğızıstan Prezidenti Aparatının Əfv Komissiyasının üzvü, vəkil Aydın Alaferdov, əməkdar inşaatçı Əsəd Həsənov, əməkdar nəqliyyat işçisi Taxar Kuliyev, əməkdar həkimlər Akif Alaferdov, Mirkazım Bəşirov, Səməd Rəhimov, Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin direktoru Məlahət Məmmədova, sahibkar Məhərrəm Quliyev və başqaları həmvətənlərimizin birliyinin önəmini qeyd edib, görüləcək işlər haqqında söhbət açıblar.

Görüşdə Kant şəhərində ulu öndər Heydər Əliyev adına küçənin abadlaşdırılması üçün Ümummilli Liderin ad günündə iməcilik keçirilməsi qərara alınıb. Bundan başqa, Qırğızıstanda kompakt yaşayan azərbaycanlılar üçün məktəblərdə Azərbaycan dili sinfinin, Qırğız-Rus Slavyan Universitetində Azərbaycanşünaslıq mərkəzinin yaradılması, vaxtilə sürgünə məruz qalmış həmvətənlərimizin övladlarının Azərbaycanda təhsil ala bilmələri ilə bağlı kvota ayrılması və s. məsələlər müzakirə edilib.

Qeyd olunub ki, son iki il ərzində həm Bişkekdə, həm də Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda yayılması, Qırğızıstanın Azərbaycanda daha yaxından tanıdılması üçün ardıcıl iş aparılıb.

Səfir Hidayət Orucov çıxışında bildirib ki, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası və bu ideyanın gerçəkləşməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, diasporumuzun fəaliyyəti ilə bağlı da Ulu Öndərin siyasətini ardıcıl şəkildə davam etdirir.

Diplomat Qırğızıstan dövlətinin milli siyasətindən söhbət açıb, qırğız xalqına və ölkə rəhbərliyinə burada yaşayan azərbaycanlılar üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

H.Orucov deyib ki, xaricdə yaşayan soydaşlarımızın problemləri Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanın dövlət başçısı hər bir azərbaycanlının Prezidenti olduğunu vurğulayıb, dövlətimizin bu sahədə perspektivli siyasət apardığını və yaxşı nəticələr qazandığını bildirib. Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə inkişafa nail olunub və Azərbaycan regionun lider dövlətinə çevrilib.

Səfir görüşdə qaldırılan konkret məsələlərdən də söhbət açıb, bununla bağlı tədbirlər görüləcəyini, Azərbaycanın və Qırğızıstanın müvafiq dövlət qurumları ilə iş aparılacağını diqqətə çatdırıb. O, diaspor üzvlərinin bu istiqamətdə səfirliklə birlikdə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

20 Aprel 2015

By
@
backtotop