DAK-ın İstanbul Qurultayı öz işinə başladı

Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti XIII Qurultayı aprelin 18-də Türkiyənin İstanbul şəhərində baş tutub.Qurultayda 25 ölkədə 250 nəfər iştirak edir .Diaspora.az saytına  DAK-ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qurultay iki gün davam edəcək.Bildirilib ki, 18 ildir fəaliyyət göstərən DAK dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan türklərinin ən böyük və ən tanınmış diaspor təşkilatlarından biridir. İndiyədək qurultaylarını Los-Anceles, Vaşinqton, Haaqa, Brüssel, Stokholm, Frankfurt, Köln, Bonn, Donetsk kimi ABŞ və Avropanın böyük şəhərlərində reallaşdıran DAK builki qurultayını İstanbulda keçirməyə qərar verib.

XIII Qurultayın İstanbulda keçirilməsi təsadüfi deyil. Qondarma “erməni soyqırımı”nın 100-cü ildönümü bəhanəsi ilə davam etdirilən türk düşmənçiliyi kampaniyası səbəbindən İstanbul şəhəri xüsusilə seçilib.

Bu qurultayda türk düşmənçiliyinə qarşı dünyaya bu mesajın veriləcəyi bildirilib: ““1915-ci ildə gerçək bir erməni soyqırımının  olmadığı və əsl soyqırımın Azərbaycan türklərinə qarşı edilmiş olduğudur”. Bunun da ən canlı, ən dəhşətli, ən yaxın nümunəsi “Xocalı soyqırımı”dır. Qurultayın İstanbulda keçirilməsi bu baxımdan əhəmiyyətli hesab olunur. Ayrıca bu qurultay Türkiyə və Azərbaycan diaspor təşkilatlarının daha yaxın əməkdaşlıq içərisində olmasına önəmli bir addım olacaq. Qurulduğu gündən bəri Türkiyə ilə yaxın əlaqələr içərisində olan DAK bu qurultayla əməkdaşlığı daha da gücləndirməyi hədəfləyib”.

Qeyd edək ki, Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın həmsədrlik etdiyi DAK qurultayını ilk dəfə 1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirib.

11167967_765794536868995_786092812136132281_n

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

18 Aprel 2015

By
@
backtotop