Xaricdə təhsil alan gənclərimiz vahid mərkəzdə birləşmək istəyir

 Diaspora.az  saytı sizlərə Palitra qəzetinin xaricdə təhsil alan genclərdən aldığı musahibəni təqdim edir .

“Böyük platforma yaradılmalıdır ki, xaricdə yaşayan və təhsil alan gənclərin əksəriyyəti ictimai fəaliyyətə istiqamətləndirilsin”
Xaricdə yaşayan və fəaliyyət gostərən, eləcə də təhsil alan azərbaycanlı gənclər son zamanlar ictimai fəaliyyətlə də məşğuldurlar. Bu baxımdan gənclərimiz kifayət qədər təşkilatlanıblar və ölkəmizin aktiv təbliğatını aparırlar. Lakin bütün bu fəaliyyətlər bir çox hallarda dağınıq olduğu üçün onları Azərbaycandan koordinasiya edən hər hansı təşkilata ehtiyac duyulur. Bunu hamıdan çox elə xaricdəki gənclərimiz istəyir. Varşava Sosiologiya Akademiyasının bakalavrı və “diaspora.az” saytının rəhbəri Nail Əhməd bizimlə söhbətində dedi ki, xaricdəki azərbaycanlı gənclər son zamanlar ictimai fəaliyyətlə daha geniş formatda məşğuldurlar: “Amma qeyd edim ki, ictimai fəaliyyətlə məşğul olan gənclər xaricdə yaşayan və təhsil alan tələbə kontingentinin bir qismini təşkil edir. Bu baxımdan böyük təşkilat və ya platforma yaradılmalıdır ki, xaricdə yaşayan və təhsil alan gənclərin böyük əksəriyyəti ictimai fəaliyyətə istiqamətləndirilsin”. Nail Əhmədə görə, hal-hazırda xaricdə ictimai fəaliyyətlə məşğul olan gənclərin vahid mərkəz tərəfindən düzgün istiqamətdə idarə olunmasına böyük ehtiyac duyulur.

“Xaricdəki gənclərin fəaliyyət istiqamətləri nəzərdə
saxlanılmalıdır”

Avstraliyannın Makkouri Universitetinin magistrı Murad Baxşəliyevin fikrincə, bütün xaricdə fəaliyyət gostərən gəncləri əhatə edə biləcək bir təskilat yaratmaq gözəl ideyadır: “Xaricdəki gənclərin fəaliyyət istiqamətləri nəzərdə saxlanılmalıdır. Həmçinin bu gənclərin daha aktiv fəaliyyəti üçün güclü maliyyə imkanları gərəkdir. Cünki hər hansı bir tədbiri xaricdə keçirmək üçün bəzən gözləniləndən çox maliyyə imkanına ehtiyac duyulur”.

“İstərdim ki, xaricdəki gənclərimizə nəzarət edən təşkilat
yaradılsın”

ASGA Ukrayna Nümayəndəliyinin rəhbəri, ÜAGT-ın baş katibi Xəzri Elxanoğluya görə isə indiki zamanda gənclərimiz diaspor fəaliyyətində yaşlı nəsildən daha fəaldırlar: “Eyni zamanda keçmişdə və hətta indi də bəzi diaspor təşkilatlarımızda olduğu kimi pərakəndə yox, daha düşünülmüş və müasir təbliğat kampaniyası aparmaqdadırlar. Çiçəklənən Azərbaycanın gələcəyinə işıq saçan intellektual və vətənsevər gənclərimiz hal -hazırda xarici ölkələrdə yaşamalarına baxmayaraq, birlikdə dövlətimizin xeyrinə gənc diasporlar formalaşdıraraq ideyalarını reallaşdırırlar. Amma nə qədər çalışsaq da, müəyyən formalarda düşüncə fərqliliyi olur və bu da diaspor fəaliyyətində zəifləmə ilə nəticələnir”.
Xəzri Elxanoğlu qeyd etdi ki, bu gün xaricdəki bir çox gənclər təşkilatları diaspor təşkilatlarından asılı şəkildə fəaliyyət göstərir: “Gənclərə aid bir sıra layihələr və tədbirlər bəzi hallarda diqqət mərkəzindən kənarda qalır. İstərdim ki, dövlətimizin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə bənzər xüsusi olaraq xaricdə ictimai fəaliyyətlə məşğul olan gənclərimizə nəzarət, eyni zamanda onların ictimai fəaliyyətini Azərbaycandan istiqamətləndirmək üçün hər hansı təşkilatı yaradılsın. Mənə elə gəlir ki, xaricdə formalaşan və fəaliyyət göstərən gənclərimizə nəzarət olunsa, daha düzgün və planlı şəkildə istiqamət verilsə, gənclərimiz yüksək səviyyədə Azərbaycanın xeyrinə işlər görərlər. Əsas da onu qeyd etməliyəm ki, dövlət nəzarətinin olması nəticəsində bəzi gənclərimiz də hər hansı bir dövlət maraqlarına zidd olan fəaliyyətlərdən çəkinərlər. Ukraynada yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan gənclərin düzgün istiqamətdə fəaliyyət göstərmələri, xarici təsirlərə məruz qalmaması, eyni səviyyədə bütün gənclərin parçalanmış diaspor təşilatlarından fərqli, birgə fəaliyyət göstərməsi üçün Azərbaycandan dövlət səviyyəsində müdaxilə labüddür”.
Xaricdəki gənclərimizin sayının hər il artdığını deyən ÜAGT-ın baş katibinin fikrincə, bu gənclərin hər birini nəzarətdə saxlamaq üçün xarici ölkələrdə fəaliyyət göstərən gənclər təşkilatının liderləri ilə dövlət tərəfindən mütəmadi görüşlər keçirilməli və onlara hər hansı bir yöndə təlimatlar verilməlidir: “Mən bir gənc olaraq inanıram ki, dövlətimiz hər zaman olduğu kimi gələcəkdə də gənclərimizə daha çox etimad göstərəcək. Biz ictimai fəaliyyətlə məşğul olan gənclər olaraq hər zaman dövlətimizin xarici siyasətinə dəstək verməyə borcluyuq. Nə qədər ki, biz və xaricdə ictimai fəaliyyətlə məşğul olan digər dövlətçi və milli dəyərlərimizə sadiq gənclərimiz var, Azərbaycan gəncliyi ümummilli lider Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideyalarının daşıyıcısı və icraçısı olacaq”.

“Hansısa dövlət təşkilatının yaradılması gənclərin xaricdə fəaliyyətinə dəstəkdir”
Baltik Beynəlxalq Akademiyasının bakalavr, Azərbaycan-Latviya Dostluq Birliyinin sədri Azər Abbasov da xaricdəki azərbaycanlı gənclərin fəallığının sevindirici hal olduğunu bildirdi: “Bildiyiniz kimi, Avropada azərbaycanlı tələbələrin sayı günü-gündən artmaqdadır. Bu, Prezident İlham Əliyevin gənclərə yaratdığı şəraitdən irəli gəlir. Bu, çox müsbət haldır. Çünki xaricdə təhsil alan tələbə həmçinin qeyri-millətlərin dəyərlərini yaxşı öyrənərək gələcəkdə bunları ölkəmizdə təqdim edəcəklər”.
Azər Abbasov da azərbaycanlı tələbələrin xaricdə daha fəal olmasına kömək göstərə biləcək bir təşkilata ehtiyacın olduğunu dedi: “Hansısa dövlət təşkilatının yaradılması gənclərin xaricdə fəaliyyətinə dəstək olar. Bu, gənclər üçün həm də bir stimuldur. Hazırda Azərbaycanın dövlət qurumları sayəsində biz gənclər də əlimizdən gələni edirik. Biz, Azərbaycan-Latviya Dostluq Birliyi olaraq ölkəmizin təbliğatını aparırıq. Milli idmanımızı Latviya, o cümlədən digər Avropa ölkələrində yüksək səviyyədə nümayiş etdiririk. Qeyd etmək istəyirəm ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox qürurvericidir. Biz maksimum dərəcədə bu barədə xaricdə məlumat yayır və sevinclə əcnəbiləri Azərbaycana dəvət edirik. Biz, gənclər inanırıq ki, Azərbaycanın qələbəsi bununla bitməyəcək. Biz-xaricdə təhsil alan gənclər Azərbaycanımızla fəxr edirik”.

“Vahid ad altında hər kəsin birləşərək fəaliyyət göstərməsi daha məqsədəuyğun olar”
Doğu Akdeniz Universitetinin tələbəsi, Diaspor Jurnalistləri Birliyinin Şimali Kipr üzrə təmsilçisi Rəşad Bədirli isə bildirdi ki, bir çox ölkələrdə azərbaycanlı gənclərin təhsil alması və ictimai fəaliyyətlə məşğul olması Azərbaycanın uğurudur: “Xaricdə yaşayan və təhsil alan azərbaycanlılar daha çox məsuliyyətlidir. Çünki gənclərin ictimai fəaliyyətlə məşğul olmaları, ətrafındakı gəncləri bu vəsilə ilə bir araya toplayaraq Azərbaycanı daha da böyük nailiyyətlərə imza atmağa dəstək olmaqdır. Demək olar ki, hər bir ölkədə Azərbaycan təşkilatları, mədəniyyət mərkəzləri və azərbaycançılıq ideologiyasını daşıyan qurumlar mövcuddur. Bunların da əksəriyyətini xaricdə yaşayanlarla yanaşı, xaricdə təhsil alan tələbələr görürlər. Demək olar ki, hər bir ölkədə təşkilatlanmış azərbaycanlıları görürük. Təşkilatlanmaq mühümdür ki, ətrafına özün kimi fəal dostları toplayasan və Azərbaycanı xaricdə qürurla təmsil edəsən”. Onun sözlərinə görə, xaricdəki gənclərin ictimai fəaliyyətinin Azərbaycandan istiqamətləndirilməsi vacibdir: “Qəlbi Azərbaycanla döyünən hər bir kəsin harada olmasına baxmayaraq, düşüncəsində Azərbaycanı layiqincə təmsil etmək dayanır. Bu düşüncə olan yerdə gənclərin bütün ictimai fəaliyyətlərinin və təşkilatlanmalarının istiqaməti bir olacaq. Amma Azərbaycanın təyin etdiyi vahid ad altında hər kəsin birləşərək fəaliyyət göstərməsi daha məqsədəuyğun olar”.

“Dövlətçiliyimizə xidmət edən tələbə təşkilatlarına maddı dəstək daha da artırılmalıdır”
Türkiyə-Azərbaycan Tələbə Birliyinin Mətbuat xidmətinin rəhbərı Söhrab İsmayıl gənclərimizin inkişafının dövlətimizin qarşısında duran prioritet məsələ olduğunu vurğuladı: “Son illərdə qəbul edilən proqramlar bunun bariz nümunəsidir. Xaricdə təhsil alan tələbələrimiz çoxsaylı təşkilatlarda öz təbliğatlarını həyata keçirirlər. Bu təşkilatların fəaliyyəti hazırda daha çox səfirliklərimiz tərəfindən koordinasiya olunur. Xaricdəkı ayrı-ayrı diaspor təşkilatlarına dövlət tərəfindən maddi köməklik göstərilir”.
Söhrab İsmayılın fikrincə, dövlətimiz tərəfindən səmərəli fəaliyyət göstərən, dövlətçiliyimizə xidmət edən tələbə təşkilatlarına edilən maddı kömək daha da artırılmalı, təşkilatlar fəaliyyət üçün zərurı olan maddı texniki baza ilə təmin olunmalıdır: “Tələbə təşkilatları isə öz fəaliyyətləri ilə bağlı aidiyyəti qurumlara öz hesabatlarını verməlidir. Türkiyədə təhsıl alan tələbə kimi deyə bilərəm ki, burada istənilən tələbə təhsil aldığı universitetdə çoxlu sayda tələbə birliyi qura bilər. Bu tələbə birliklərində çox vaxt 5, 10, 20 tələbə olur. Amma əsas məsələ tələbə birliklərinin sayı, gördüklərı işin keyfiyyətidir. Zənnimcə, yuxarıda qeyd etdiyimiz işlər həyata keçirilərsə, bu sahədə daha böyük uğurlara imza atmaq olar”.
Fuad Hüseynzadə

16 Aprel 2015

By
@
backtotop