Gürcüstanda “Ana dili” Günü bayramı keçirilib – FOTO

Diaspora.az saytının APA-ya istinadən verdiyi məlumata görə Gürcüstanda “Ana dili” Günü bayramı qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Ana dili” Günü münasibəti ilə çıxışında 1978-ci il aprelin 14-də Gürcüstanda gürcü dilinin rəsmi olaraq  dövlət dili elan edildiyini bildirib. O, müasir şəraitdə dövlət dilinə qarşı heç bir təhlükə olmadığını qeyd edib: “Biz bu dilin toxunulmazlığını qorumalı və onu gələcək nəsillərə ötürməliyik”, deyə baş nazir bildirib.

Tiflisdəki  “Liqamus” Kitab Evində təşkil olunan bayram tədbirini Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili açıb: “Mən çox şadam ki,  Gürcüstan əhalisi dövlət dilini indiyədək qoruyub saxlayıb və bu gün dövlət dilimiz gürcü dilidir. Mən şadam ki, bu gün ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə gürcü dilində danışırıq. Ölkəmizdə yaşayan etnik azlıqlar gürcü dilini mükəmməl bilir və dövlət dilini bilməklə qürur duyurlar. Dövlətimiz bu gün Gürcüstanda yaşayan millətlərin dilinə böyük hörmətlə yanaşır və bu dilləri qoruyur”, deyə  dövlət naziri qeyd edib.

Tədbirdə Gürcüstanda yaşayan 10-a yaxın millətin nümayəndələri iştirak edib.  “Ana dili” Günü bayramında  etnik azlıq nümayəndələri də iştirak edərək gürcü şairlərinin şerlərini gürcü dilində söyləyiblər. Marneulidən və Kaxeti bölgəsindən olan azərbaycanlı gənclər dövlət dilinin vacib olduğunu bildiriblər. Dövlət naziri Paata Zakareişvili tədbir iştirakçılarına hədiyyələr verib.

Tədbir “BMT Assosiasiyası”  və Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyi ilə birgə təşkil edilib.

Təşkilatçılardan biri olan barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya açıqlamasında etnik azlıqlar tərəfindən dövlət dilinə marağın artdığını bildirib: “Gürcüstanda belə tədbirlərdə müxtəlif millətlərin çıxışı o deməkdir ki, ölkədə dövlət dilinə maraq artıb. Biz bunun üçün əlimizdən gələni edirik. Bu dildə artıq yüzlərlə azərbaycanlı gənc danışır və Gürcüstanın dövlət universitetlərində təhsil alırlar. İnanırıq ki, gələcəkdə dövlət və hökumət strukturlarında çalışan azərbaycanlı kadrların sayı artacaq”, deyə Z. Darğallı qeyd edib.

8656072f971436a5377f70162dac9127 61992801f805ee95090cb81c2d303058 c973b4cb0f7ef62a428d2fa66a581742 c1702597c2fccb9a1825cea809ff7277 f15696e30f77d08f862d86a2cba50027 c1702597c2fccb9a1825cea809ff7277

15 Aprel 2015

By
@
backtotop