Rio-de-Janeyroda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək

Azərbaycan ilə Braziliya arasında mədəni əlaqələrin inkişafı, iki ölkə xalqlarının bir-birini yaxından tanıması, mədəniyyətimizin təbliği, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi məqsədilə aprelin 21-dən 27-dək Rio-de-Janeyroda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək.

Tədbir ölkəmizin Braziliyadakı səfirliyinin müraciəti və Rio-de-Janeyro şəhər meriyasının təklifinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən reallaşacaq.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Cənubi Amerikada ilk dəfə olaraq keçirilən və Rio-de-Janeyronun 450 illiyinə təsadüf edən mədəniyyət həftəsi çərçivəsində Azərbaycan milli mətbəx nümunələrinin, ölkəmizin mədəniyyətini, tarix və memarlıq abidələrini, təbiət mənzərələrini və turizm potensialını əks etdirən “Azərbaycan dünən, bu gün və sabah” adlı fotosərgi açılacaq, xalq artisti Mənsum İbrahimovun, muğam ifaçısı Arzu Əliyevanın ifasında muğam, Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin milli rəqs, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin və “Trio Qarabağ” muğam qrupunun konsertləri, “Nabat”, “Hakim haradadır?” filmlərinin nümayişi olacaq.

Tədbirlər Rio-de-Janeyronun “İncəsənət şəhəri”ndə (“Cidade des Artes”) – “Cafe das artes”, “Gallery”, “Teatro de Camara”, “Sala de Leitura”, “Grande Sala” kimi tanınmış sənət məkanlarında təşkil ediləcək.

http://azertag.az/xeber/846040

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

14 Aprel 2015

By
@
backtotop