Rusiyada Azərbaycan diasporunun rəhbəri dünyasını dəyişdi

Ümumrusiya Azərbaycanlıları Konqresinin Yaroslavl regional şöbəsinin sədri, “Mila” firmasının direktoru, tanınmış iş adamı Söhrab İbrahimov uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.

Bu barədə ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili məlumat verib.

Söhrab İbrahimovun Yaroslavlda Azərbaycanla bağlı bir çox tədbirlərin keçirilməsində böyü rolu olmuşdur. O, Azərbaycan diasporasının təşkilində və quruculuğu sahəsində həyata keçirilən işlərdə yaxından iştirak etmişdir.
İbrahimov Söhrab Mədət oğlu 10 iyul 1974-cü ildə Laçın rayonun Alıqulu kəndində anadan olub. 1991-ci ildə Pircahan kənd orta məktəbini bitirib. Elə həmin il ali təhsil almaq məqsədi ilə Rusiya Fedarasiyasının Yaroslavl vilayətinin Yaroslavl şəhərinə uz tutub. İlk əmək fəaliyətinə Yaraslavl Şin zavodunda başlayıb. 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 1997-ci ildə Beynəlxalq İqtisadiyyat və Hüquq İnstitutuna qəbul olunub. 2002-ci ildə həmin İnstitutun hüquq fakültəsinin “Dövlət idarəetməsi” ixtisasina yiyələnib. Yaroslav şəhərində fəaliyyət göstərən tikinti kompaniyası “Vivat” firmasının hüquq məsləhətçisi vəzifəsində calışıb. 2007-ci ildən “Mila” firmasının direktoru və 2009-cu ilin iyun ayından Ümumrusiaya Azərbaycanlıları Konqresinin Yaroslavl şəhər şöbəsinin sədri seçilmişdir. 2009-cu ildən Rusiya Federasiyasının hakim partiyası “Yedinaya Rossiya”partiyasının uzvu, partiyanın ilkin dairələrindən birinin katibi, şəhər sovetinin siyasi bürosunun üzvü idi. Ailəli idi, 2 qizı və 1 oğlu var.

Allah rəhmət eləsin!

10 Aprel 2015

By
@
backtotop