Varşavada “Polşa və Azərbaycan arasında turizmin inkişafı” mövzusunda seminar keçiriləcək

15:52 | 16 Noyabr, 2019

Noyabrın 19-da Varşavada “Polşa və Azərbaycan arasında turizmin inkişafı” mövzusunda seminar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Polşa İnvestisiya və Ticarət Agentliyi və Bakıdakı Xarici Ticarət Bürosu tərəfindən təşkil olunacaq seminarın məqsədi iki ölkənin turizm sahəsində əməkdaşlığını genişləndirmək və intensivləşdirməkdir.

Tədbir Azərbaycanın turizm potensialı, mədəniyyəti, təbiəti və mətbəxi ilə tanış olmaq üçün əla fürsət olacaq. Habelə seminar biznesin inkişafı üçün perspektivli əlaqələrin qurulmasına kömək məqsədi daşıyır.

İştirakçılar Azərbaycana səfər qazanmaq şansı da əldə edəcəklər.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava