Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “Miss AMOR” müsabiqəsinə yekun vurulub -Foto

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən “Miss AMOR” müsabiqəsinə yekun vurulub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, təşkilatın “İnstaqram” sosial şəbəkəsindəki səhifəsində şəkilləri yerləşdirilən qızlar arasında ən çox bəyənilən 5 iştirakçı – İraida Novruzova, Nərmin Qurbanova, Leyla Tağızadə, Fatimə Talıbova və Kəmalə Mövsümzadə finala çıxıblar.

Finala çıxan qızlar Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, “Rossiya” Dövlət Konsert Salonunun baş rejissoru Qalina Belova, Rusiyanın məşhur estrada müğənnisi Katya Lel, tanınmış dizayner Orxan Sultanın daxil olduqları mötəbər münsiflər heyətinə peşələri, hobbiləri barədə məlumat veriblər, onların suallarını cavablandırıblar, musiqi müsabiqəsində iştirak ediblər.

Müsabiqənin aparıcısı Azərbaycanın əməkdar artisti Sərxan Sərxan olub.

Tədbiri giriş sözü ilə açan RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev bildirib ki,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsinə, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərinin reallaşdırılmasına xidmət edir: “Belə təşəbbüslərdən biri də “Miss AMOR” müsabiqəsidir. Müsabiqə gənclər arasında böyük maraq doğurub. Yarışmada 50-dən çox qız iştirak edib və səsvermənin nəticələri əsasında beş iştirakçı seçilib”.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova gecənin iştirakçılarının səfir Polad Bülbüloğlunun adından salamlayaraq qeyd edib ki, müsabiqədə iştirak edən qızların hər biri özünəməxsus gözəlliyə malikdir: “Başlıcası isə mənəvi gözəllikdir. Bunun üçün daim öz üzərinizdə işləməlisiniz. Yalnız mənən gözəl insanlar başqalarından seçilə bilir”.

Ümümrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev isə gənclərə uğurlar arzulayaraq bildirib ki, RAGB fəallarının hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə daha bir töhfə olur.

Münsiflər heyətinin rəyinə əsasən müsabiqənin qalibi Moskva Psixoloji Pedaqoji Universitetinin Sosial Pedaqoji Kollecinin tələbəsi, 20 yaşlı Fatimə Talıbova seçilib.

Münsiflər heyəti adından çıxış edən müğənni Katya Lel Azərbaycana vurğun olduğunu, ölkəmizi çox sevdiyini söyləyib. O, Leyla Əliyevanın sədrlik etdiyi gənclər təşkilatının çox dəyərli işlər gördüyünü söyləyib. Müsabiqənin qalibi barədən danışan K. Lel bildirib ki, Fatimə azərbaycan qızlarına məxsus xeyirxahlığı ilə ürəklərə yol tapıb: “İnsanların daha çox maddi dəyərlərə üstünlük verdikləri müasir dövrdə xeyirxahlıq, yardım əli uzatmaq, xüsusilə də uşaqlara qayğı göstərmək olduqca vacibdir”.

Moskva hökuməti mədəniyyət departamenti rəhbərinin müavini Vladimir Filipov isə çıxışı zamanı Moskvada çoxlu sayda gənclər təşkilatlarının fəaliyyət göstərdiyini deyib: “Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB onların arasında fəallığı ilə seçilir və Azərbaycanın Rusiyada nüfuzunun artması üçün çox işlər görür”.

Tədbirin sonunda “Miss AMOR” müsabiqəsinin qalibinə və digər finalçılara təşkilatçılar adından diplomlar, hədiyyələr və pul mükafatları təqdim olunub. Gecə maraqlı musiqi proqramı ilə davam etdirilib.
0cf7be9db49574538b996e9ea3f93b35 1bbb67b72fce56f11a675d4cef5b1aea 4c14f448cf69198ca3c9b04b4803b0d8 26b31ea721d6986d2a6a42c0a08f312a 26745df716efb144f3ac205ea1f968cb 4c14f448cf69198ca3c9b04b4803b0d8 e32b5ad9885de525891e09e54078e4de

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

30 Mart 2015

By
@
backtotop