Gürcüstanda fəaliyyət göstərən AMM rəhbəri Fazil Həsənov ilə müsahibə – FOTO

Diasporaz.az
Fazil Şəmistan oğlu Həsənov 1956-cı il martın 11-də Gürcüstanın Marneuli şəhərində, ziyalı ailəsində anadan olmuşdur.Bakıda indiki N.Tusi adına Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini, Tbilisi Dövlət Sosial Elmlər və İqtisadiyyat Universitetinin hüquq fakültəsini bitirmişdir. İxtisasca filoloq və hüquqşünasdır.
Müxtəlif vəzifələrdə çalışmışdır.  2004-cü ildən isə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin İdarə Heyətinin sədridir.
Tbilisi Biznes və Hüquq Universitetinin fəxri doktorudur. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvüdür. Bir sıra beynəlxalq konfranslarda,simfoziumlarda Gürcüstan təmsilçisi kimi iştirak edib.

2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuşdur

1.Ilk öncə , təşkilatınız haqda məlumat verərdiniz
Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) əsas fəaliyyətinə 2006-cı ildən başlayıb. Mərkəzin əsas məqsədi soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edərək özümüzü yaşadığımız cəmiyyətə daha da yaxşı şəkildə təqdim etmək və digər bu kimi işləri həyata keçirməkdir. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində təhsil, mədəniyyət, gənclər və digər şöbələr fəaliyyət göstərir. Mərkəz tərəfindən çap məhsulları – qəzet və jurnallar işıq üzü görür. “Region Press” informasiya qəzeti, elmi-kütləvi “Qarapapaqlar” dərgisi nəşr olunur.
Azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasılə əlaqədar bir sıra mühüm layihələr həyata keçirilir. Onlardan biri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə AMM –in Gürcüstanda fəaliyyət göstərən bir çox azərbaycandilli məktəblərdə dərslərdən əlavə gürcü diliöyrətmə kursları təşkil etməsidir. Kursların fəaliyyət göstərdiyi müddətdə ali təhsil ocaqlarına daxil olan tələbələrin 80% -i bu kursların dinləyiciləridir. Tbilisinin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün aylıq təqaüd proqramları da mövcuddur. Sistematik olaraq Mərkəzin daxilində gürcü, ingilis dilləri, kompyuter kursları, Azərbaycan tarixi və ədəbiyyatı dərnəyi fəaliyyət göstərir.
Bundan başqa, Gürcüstanda Azərbaycan mədəniyyətinin təbliği yönündə də müxtəlif layihələr, tədbirlər həyata keçiririk. AMM-in nəzdində “Sarvan” folklor ansamblı fəaliyyət göstərir. “Sarvan” milli rəqslərimiz, aşıq sənətimiz və digər folklor nümünələrimizin inkişafı və təbliği istiqamətində müəyyən işlər görür. Ansambl dəfələrlə yerli və beynəlxalq festivallarda Azərbaycan və gürcü mədəniyyətini təmsil edərək mükafatlar qazanır.
Müntəzəm şəkildə Azərbaycanın və Gürcüstanın milli bayramlarına, tarixi əhəmiyyətli günlərinə həsr olunan tədbirlər təşkil olunur.Məsələn, AMM Tbilisidə Aşıqların III qurultayının, Aşıq Kamandarın və Aşıq Əmrahın yubileylərinin dövlət səviyyəsində keçirilməsinə nail olmuşdur.
AMM-nin dəstəyilə bir çox yazıçıların, şairlərin kitabları nəşr olunur, poeziya gecələri, yubileylər və mühazirələr təşkil olunur. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin kitabxanası seriyasından 20-dən çox kitab nəşr olunub. Onlardan – “Gürcüstan azərbaycanlılarının ədəbiyyatı tarixi ”, “Azərbaycan folkloru antologiyası-Borçalı” və s.
Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatı nümunələrindən ibarət kitabxana mövcuddur. Kitabxanada 2000-dən çox kitab oxucuların ixtiyarındadır.
Bundan başqa, Azərbaycanın və Gürcüstanın tarixi günlərinə həsr olunan tədbirlər müntəzəm şəkildə həyata keçirilir. 20 yanvar, 9 aprel, Xocalı faciələri və Azərbaycan həqiqətlərinin gürcü və dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər keçirərkən xüsusi kitablar və broşurlar gürcü dilinə tərcümə olunaraq əhaliyə paylanılır.
Işlərimizin əksəriyyəti gənclərimizlə bağlıdır. Təşkilatımızın nəzdində fəaliyyət göstərən Gənclər şöbəsi tərəfindən bu istiqamətdə müəyyən işlər görülür. 2010-cu ildə Gürcüstanın Azərbaycanlı Gənclərinin I qurultayı keçirildi.
İrimiqyaslı layihələrdən biri Azərbaycan jurnalistlərinin Gürcüstana, Gürcü jurnalistlərinin Azərbaycana səfəri idi. Səfərlərin əsas məqsədi iki ölkə arasında media körpüsünün yaradılması,gürcü mediasında Azərbaycan haqqında məqalələrin dərc olunması və ölkələrimizin jurnalistləri, gəncləri arasında əlaqələrin genişləndirilməsi oldu.
Bu tipli layihələrin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında dostluq əlaqələrinin möhkənləndirilməsi , azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya prosesinin sürətləndirilməsi, Gürcüstanda azərbaycan mədəniyyətinin inkişafı, mədəni-ədəbi əlaqələrin sıxlaşdırılmasıdır .

2. Gürcustanda fəaliyyət göstərən azərbaycanlı kimi, ölkəmiz uzaqdan necə görünür?
Azərbaycanın hər sahədə günü-gündən inkişafı, beynəlxalq aləmdə nüfüzunun yüksəlməsi bizi hər zaman qürurlandırır. Bu gün Azərbaycanın paytaxtı və şəhərləri beynəlxalq tədbirlərə ev sahibliyi edir, xarici vətəndaşların Azərbaycan haqqında düşüncələri və təəssüratları bizə də sonsuz sevinc bəxş edir. Hər bir Azərbaycanlı milli vətənilə fəxr edir. I Avropa Oyunları Olimpiadasının Azərbaycanda keçirilməsi, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, TANAP kimi möhtəşəm layihələrin uğurla həyata keçirilməsi hər iki ölkəyə iqtisadi səmərədən başqa, həm də, xalqlarımızın bir-birinə yaxınlaşması kimi vacib mənəvi töhfədir.

3.Gələcək planlarınız haqqında mümkünsə, geniş məlumat verərdiniz
Yaxın gələcək üçün nəzərdə tutduğumuz işlərimizin əksəriyyəti yenə də təşkilatın qarşısına qoyduğu məqsəd və prioritetlərə söykənəcəkdir. Gənclər, təhsil, mədəniyyət sahəsində bir sıra layihələr həyata keçiriləcək ki, onlar da burada yaşayan azərbaycanlıların hərtərəfli inkişafına yönələcəkdir. Cəmiyyətimizdə mövcud olan bir sıra sosial problemləri araşdıraraq onların həlli istiqamətində işlərimizi davam etdirməyi düşünürük. İl ərzində gənclərlə, ziyalılarla, gürcü ictimaiyyətilə silsilə görüşlərin keçirilməsini nəzərdə tuturuq. Azərbaycan-Gürcüstan dostluğuna xidmət edəcək layihələrin reallaşması əsas prioritetimizdir.

1476085_747659598655423_6854051674221994421_n

10361446_770076529747063_1493149799039818292_n

10392289_750632031691513_6775120168567868309_n

10449520_750630548358328_1391770198954302728_n

10991113_782747211813328_7168218668776487412_n

10987466_780731855348197_1140687490505328437_n

25 Mart 2015

By
@
backtotop