ÜAK Novruz bayramı ilə əlaqədar Ulyanovskda xeyriyyə aksiyası keçirib -Foto

Ümumrusiya Azərbaycanlıları Konqresi Novruz bayramı ilə əlaqədar olaraq Ulyanovsk şəhərində xeyriyyə aksiyası keçirib.Konqresin Ulyanovsk vilayəti bölməsindən APA-ya verilən məlumata görə, martın 21-də ÜAK-ın regional şöbəsinin nümayəndələri Ulyanovskun Heydər Əliyev adına 78№-li məktəbində olublar.

Görüş zamanı ÜAK Ulyanovsk vilayəti uzrə sədri İslam Hüseynov şagirdlərə Novruz bayramının rolu və Azərbaycan xalqı üçün önəmi barədə danışıb.

Şagirdlər və konqres nümayəndələri məktəbin həyətində yerləşən Azərbaycan Tarixi və Mədəniyyəti Muzeyində görüşüblər. Şagirdlərə bayram münasibətilə hədiyyələr təqdim edilib.

Uşaqlar öz növbəsində qonaqlara  hazırladıqları konsert proqramını təqdim ediblər. Onlar Novruzun tarixi, adət-ənənələrimiz haqda məlumat verib, şeir söyləyib, kiçik səhnəciklər nümayiş ediblər. Azərbaycan mətbəxi haqqında məlumat verən uşaqlar qeyd ediblər ki, belə bayram günlərində ənənəvi olaraq Azərbaycan milli yeməkləri  hazırlayırlar.

Qeyd edək ki, 2010-cu ildə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə həmin məktəb fondun hesabına yenidən qurulub. 2014-cü ildə təhsil ocağına Heydər Əliyevin adı verilib.

Bununla yanaşı, ÜAK nümayəndələri Ulyanovskda yerləşən “Qnyozdışko” uşaq evini də ziyarət ediblər.

Azərbaycan diasporasının nümayəndələri burada tərbiyə alan uşaqları bayram münasibətilə təbrik edib, onlara milli şirniyyatları  və idman qurguları hədiyyə ediblər.

Uşaq evindəkı bayram tədbiri uşaqların və qonaqların iştirakı ilə çay süfrəsi arxasında başa çatıb.

Xatırladaq ki, fevralın 23-də Böyük Vətən Müharibəsinin 70-illiyi şərəfinə ÜAK-ın Ulyanovsk şöbəsi “Xalqlar Dostluğu” kuboku uğrunda mini-futbol üzrə turnir təşkil edib. Turnirə 20-dən çox milli komanda qatılıb.

Mayın əvvəlində təşkilat həmçinin Böyük Vətən Müharibəsindəki qələbəyə həsr edilmiş aksiya keçirmək niyyətindədir. Bu gün münasibətilə həmçinin üzərində “Böyük Vətən Müharibəsindəki qələbənin 70-illiyi şərəfinə” yazılmış 100-dən çox şarın havaya buraxılması nəzərdə tutulur.

Mayın 10-da isə Qələbənin 70-illiyi və Heydər Əliyevin ad günü münasibətilə konsert proqramları təşkil ediləcək.

0b8010ba952f8de649c45e1bb681c724

6f1f787b145eaa2ece1f54785737b39b

9d0f134010ef00fb1d9591a6d6ebb1d4

80d8f9ef97e33d517197bd4a42f30c86

89a544f85f0ec76843a27abc8f1db347

26437327887f8575292921e234a87171

ad4eae7c58982f7f08f64a0e5dc9e897

b6ba5fe6ae840c0a8a73328c8f3ec0b4

ea0cf90f9034e963af8487fec1366977

ebf3e7d20dcef8ac4ae4e01f85b27b58

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

25 Mart 2015

By
@
backtotop