Kaliforniya Universitetində Azərbaycana dair geniş mühazirə keçirilib -Foto

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev martın 16-da ABŞ-ın Kaliforniya Nortridc Ştat Universitetində (California State University, Northdrige) Azərbaycana dair geniş mühazirə ilə çıxış edib.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, universitetin dəvətilə gerçəkləşən tədbirdə 120-dən çox tələbə iştirak edib.

Baş konsul N.Ağayev çıxışında Azərbaycanın zəngin mədəni irsi, keçdiyi tarixi inkişaf yolu və yerləşdiyi coğrafi məkan eləcə də, Azərbaycanın multikultiralizmin mərkəzlərindən biri olması və ölkəmizin qədim tolerantlıq ənənələri barədə danışıb. N.Ağayev Azərbaycan torpaqlarının işğalı, işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlər barədə danışaraq, bu səpkidə Xocalı soyqırımı haqda tələbələri geniş şəkildə məlumatlandırıb. Baş konsul qeyd edib ki, münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət ilk növbədə Ermənistanın və erməni xalqının özünün gələcəyinə zərbə vurur: “Təsadüfi deyil ki, məhz belə ziyanlı, uzağı görməyən siyasət nəticəsində Ermənistan son 24 ildə əhalisinin az qala yarısını itirib, böyük iqtisadi problemlərlə üzləşib və xarici yardımlardan asılı vəziyyətə düşüb”.

N.Ağayev münaqişənin həllinin yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra mümkün olacağını qeyd edib.

Daha sonra, baş konsul N.Ağayev ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın 90-cı illərdə bir sıra təhlükələrdən xilas olaraq, inkişaf və yüksəliş yoluna qədəm qoyduğunu bildirib. Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan mühüm nailiyyətləri qeyd edən diplomat, bu gün Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Baş konsul Azərbaycanın yürütdüyü konstruktiv xarici siyasət barədə danışaraq, ölkəmizin ABŞ, region dövlətləri və ümumilikdə beynəlxalq birlik ilə münasibətləri barədə iştirakçılara məlumat verib.

Tədbirin sual-cavab qismində baş konsul tələbələrin müxtəlif səpkili suallarını cavablandırıb.

d849c788ec3ba412440605fc7ca220bb

c14a1fc42302b1b3720b04b3ae75b0b9

b277c6aefee30b090c3079dda60e5cd7

61532daebfc7d7f1f9d9c7158191439c

330a9ecdf36c8bfadaf58ee522a0a876

9ad3bfb0b5c47d2716b61d7e88cad666

d849c788ec3ba412440605fc7ca220bb

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

17 Mart 2015

By
@
backtotop