Gürcüstanda Azərbaycan dilində radio fəaliyyətə başlayıb

Gürcüstanda ilk dəfə Azərbaycan dilində radio – Azərbaycan-Gürcüstan FM (AGFM) yayıma başlayıb.

Diaspora.az saytının APA-a istinadən verdiyi xəbərə görə, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Tetriskaro (FM 101.5), Rustavi, Qardabani və Tbilisi (FM 100.6) şəhərlərində hər gün 24 saat yayımlanan radionun əsas məqsədi – Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına kömək göstərmək, onları ölkədə və Azərbaycanda, eləcə də dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin etmək, onların tarixini, mədəniyyətini, incəsənətini, xalq yaradıcılığı nümunələrini təbliğ etmək, yaşatmaq və radio vasitəsilə gənc nəslə çatdırmaqdır.

Səhər saat 9:00-dan başlayaraq 3 saatdan bir 6 dəfə xəbərlər yayımlanır. Qalan vaxtlarda isə “Sənət arenası”, “Dialoq zamanı”, “Mən vətəndaşam”, “Kənd təsərrüfatı”, “Sağlamlıq”, “Zəng vurun, sizi dinləyirik”, “Biznes bu gün” adlı maarifləndirici, musiqili, əyləncəli verilişlər efirə verilir.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

16 Mart 2015

By
@
backtotop