Misirin İsgəndəriyyə şəhərində Nizami Gəncəvinin büstü qoyulacaq

Misirin İsgəndəriyyə şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir Nizami Gəncəvinin büstü qoyulacaq.

Diaspora.az satının APA-ya istinadən verdiyi məlumata görə, bu il aprelin 20-də büstün təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimində Latviya, Polşa, Boliviya, Rumıniya, Serbiya, Bolqarıstan və Beninin sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub.

Bundan başqa, həmin tarixdə Misir Ərəb Respublikası baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da olacaq.

Hər iki layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanası tərəfindən gerçəkləşdiriləcək

13 Mart 2015

By
@
backtotop