Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

14:38 | 14 Noyabr, 2019

UNESKO-nun 40-cı Baş Konfransında iştirak etmək məqsədilə Fransada səfərdə olan Təhsil naziri Ceyhun Bayramov Türkiyənin Milli Təhsil naziri Ziya Səlçuk, Rusiya Federasiyası Elm və Ali Təhsil naziri Mixail Kotyukov və Malayziyanın Təhsil naziri Mazli Malik ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşlər zamanı təhsil sahəsində əlaqələrin vəziyyəti və inkişafı, o cümlədən Azərbaycanla qeyd edilən ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.