DAK (Dünya Azərbaycanlıları Konqresi) tarix deyil, gələcəkdir

Önümüzdəki aprel ayında Dünya Azərbaycanlıları Konqresinin (DAK) növbəti 13-cü qurultayı keçirələcəkdir.

Nədənsə hər qurultay ərəfəsində bəziləri DAK- ın “qeydinə” qalmaq həvəsinə düşürlər. Təəssüf ki, əsl niyyətləri bu təşkilatın imicinə xələl gətirmək və qurultay ərəfəsində ictimaiyyətin diqqətinin başqa istiqamətə yönləndirməkdir. Həm də, bunu edənlər Bakıda, İsveçdə, daha haralarda isti yerlərində oturub, 24 saat milli birlik və bütövlükdən danışanlardır. Bəlkə də bunları yazmağıma ehtiyac qalmazdı, lakin bu günlərdə Cavad Derəxtinin ” Birlik” dərgisinə verdiyi müsahibəsi olmasaydı.

Cavad bəy həmin müsahibəsində DAK-ın artıq tarix olduğunu qeyd edərək, Dünya Azərbaycanlılarının yeni bir təşkilatının yaradılması zərurətindən danışır. Cavad bəyin məntiqindən belə çıxır ki, onun olmadığı təşkilat da qapanmalıdır. İllərdir mövcud olan, Cavad bəyin də dediyi kimi dünyanın ən yüksək tribunalarından səsi gələn, Azərbaycan diasporunun formalaşmasında və milli problemlərimizin dünyaya çatdırılmasında xidmətləri olan bir təşkilatı görəsən hansı niyyətlə artıq tarixə göndərir. Cavad bəy deyir ki, bir zamanlar DAK- ın səsi BMT –nin tribunasından gəlirdi. Bəli, DAK-ın səsi BMT –nin tribunasından, Avropa parlamentlərindən, bir çox ölkələrin ən yüksək məclislərindən gəlmişdir, ancaq Cavad Derəxtinin vaxtında yox, indiki rəhbərliyin vaxtında.

Ötən qurultaydan bu günə qədər DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudun Pərvizniya ABŞ – dan Doğu Türküstana qədər səfərlər edərək ən yüksək səviyyəli qurumlarda görüşlər keçirmiş və Azərbaycanın milli məsələləri ayrı – ayrı ölkələrdə gündəmə gətirilmişdir. Konqres bu gün də məqsəd və məramı yolunda durmadan inamla fəaliyyət göstərir və yaxın zamanlarda növbəti qurultayını keçirərək, daha da möhkəmlənərək yoluna davam edəcəkdir.

DAK, artıq ona qarşı yönəlmiş bu kimi destruktiv fəaliyyətlərdən çıxaraq özünü bir daha təsdiq etmişdir. Sabir Rüstəmxanlı və Firudun Pərvizniya dünən də, bu gün də hər kəsə çağırış edərək DAK- da birgə fəaliyyət göstərməyə və bu yolda bir addımlamağa dəvət edirlər. İnanırıq ki, növbəti qurultaydan sonra DAK daha güclü və ardıcıl fəaliyyət göstərəcəkdir.

12 Mart 2015

By
@
backtotop