Siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlıların adları açıqlanıb

09:32 | 14 Noyabr, 2019

Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb.

APA xəbər verir ki, bu barədə Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb.

O bildirib ki, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: “Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış”.

Həbib Müntəzir qeyd edib ki, Almaniya polisi tərəfindən saxlanılanlardan 7 nəfərinin adını dəqiqləşdirə bilib: “Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;

Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;

Abdin Cavadov – Müsavat AKM-in üzvü;

Mehdi Xəlilbəylinin qohumu;

Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri;

Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir;

Mehdinin sürücüsü Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil”

Səlcuq Elçin