Biz fəxr edirik ki, azərbaycanlıyıq

Son vaxtlar AZƏRTAC-ın xətti ilə bir sıra xarici ölkələrdə olmuşam. Bilirsiniz, Azərbaycandan uzaqda, doğma dildə danışan insanlarla ünsiyyətdə olmaq nə deməkdir? Tam səmimi deyə bilərəm ki, hər dəfə bu cür hallarla qarşılaşanda qəlbən sevinir, azərbaycanlı olduğum üçün qürur hissi keçirirəm. Yəqin ki, bu hissləri ürəyi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı yaşayır…

Diaspor tarixinə bir nəzər

Müstəqil Azərbaycan diasporunun tarixi çox qədim olmasa da, xalqımıza məxsus milli dəyərlərin qorunması, təbliği hər zaman diqqət mərkəzində olub. Bu, müxtəlif vaxtlarda, zaman və şəraitə uyğun həyata keçirilib. Lakin açığını demək lazımdır ki, bu sahədə işlər heç vaxt indiki kimi yüksək səviyyədə təşkil edilməyib. Müstəqil Azərbaycanın dövlətçilik tarixində xaricdə diaspor işinin təşkili əsas və vacib məsələlərdən biri hesab olunur. Ona görə ki, biz müharibə şəraitində yaşayan, torpaqları işğal edilmiş,  bir milyondan artıq məcburi köçkünü və qaçqını olan bir məmləkətin övladlarıyıq. Birləşməli, həmrəy olmalıyıq ki, torpağımızı bütövləşdirə bilək, işğala son qoyaq.

Dünyada ermənilərin niyə sözü keçir? Sualın cavabını ilk  növbədə, erməni diasporunun və lobbisinin fəaliyyətində axtarmaq lazımdır. Etiraf etməliyik ki, biz bu işdə onlara uzun müddət uduzmuşuq və uduzduqlarımızın əvəzini indi-indi çıxırıq.

Azərbaycan diaspor tarixinin nə vaxtdan başladığı mübahisəli məsələdir. Bəlkə də məsələni belə qoymaq daha düzgün olardı: Azərbaycan dövlət müstəqilliyini bərpa edənədək diasporumuz olubmu? Bu suala müsbət cavab verməyə çətinlik çəkirik. Çox araşdırmalardan sonra belə məlum oldu ki, 1949-cu ildə Türkiyənin Ankara şəhərində “Azərbaycan Kültür Dərnəyi” adlı təşkilat yaradılıb. Sonralar 1958-ci ildə ABŞ-da Amerikanın Azərbaycan Cəmiyyəti təsis edilib. Başqa bir fakta rast gəlmədim. Necə deyərlər, bir gül ilə bahar olmaz.

II Dünya müharibəsindən sonrakı dövrü Azərbaycan diasporunun tarixində yeni bir mərhələ hesab etmək olar. Bu dövrdə xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdı. Onların arasında hərbi əməliyyatlar zamanı əsir düşmüş və müharibə başa çatdıqdan sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşmış azərbaycanlılar əksəriyyət təşkil edirdi. Sovet rejiminin amansız cəza tədbirləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş,  beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olmuşdu. Amma say da əsas deyil, gərək diaspor təşkilatlansın, birləşsin ki, təsir qüvvəsinə malik olsun.

Müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyin üzvünə çevrilən Azərbaycanın qarşısında dayanan prioritet məsələlərdən biri də məhz diaspor quruculuğu, həmvətənlərimizin birlik və həmrəyliyinin təmin olunması idi. Bunun üçün isə ilk növbədə, strategiya və dövlətin siyasi iradəsi tələb olunurdu. Tam cəsarətlə demək olar ki, diasporla bağlı vahid dövlət strategiyasının müəyyənləşməsi, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görür, Azərbaycan diasporunun bu ideologiya ətrafında birləşərək təşkilatlanmasına çalışırdı. Diaspor fəaliyyətinin təkmilləşdirilməsi, bu istiqamətdə məqsədyönlü siyasətin aparılması Ulu Öndərin titanik  fəaliyyətinin ümdə hissəsini təşkil edirdi.

Diaspor quruculuğunun müasir mərhələsi 24 il əvvəl başladı. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabrın 16-da tarixi qərar qəbul etdi: 31 dekabr dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Belə bir günün təsis olunmasının təşəbbüskarı Heydər Əliyev idi və həmin qərara da o imza atmışdı. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi və Ulu Öndərin hakimiyyətə yenidən qayıdışı dünyada yaşayan soydaşlarımızın vahid bayraq altında birləşməsi üçün stimul oldu. Tam əminliklə demək olar ki,  Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi diasporumuzun formalaşmasında həlledici məqamlardan biri idi. Beləliklə, müstəqil Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımız üçün istinad nöqtəsinə çevrildi.

Milli birliyə və həmrəyliyə çağırış

“Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq, bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqibə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Zaman-zaman qəlbimizdə yaşatdığımız müstəqillik və azadlıq ideallarının həyata keçdiyi bu tarixi sınaq anlarında dünyanın müxtəlif guşələrində soydaşlarımızın Vətən təəssübkeşliyinə, övladlıq haqqına dərin inamını ifadə edərək, Sizi azad, müstəqil, qüdrətli, demokratik Azərbaycan dövləti uğrunda səfərbər olmağa və milli həmrəyliyə çağırıram”.

Bu sitat ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa 20 il əvvəl ünvanladığı müraciətindən götürülüb. Çətin günlər arxada qalır, Azərbaycan tədricən tərəqqi yoluna çıxırdı. Belə bir vaxtda  yeni ideya yarandı və Heydər Əliyev 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə Sərəncam imzaladı. Bu sənəddə də qeyd olunduğu kimi, xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurəti yaranmışdı.

Qurultay dünyanın bir çox yaxın-uzaq ölkələrindən doğma Vətənə gəlmiş soydaşlarımızın bir-biri ilə daha da sıx ünsiyyət qurmasına imkan yaratdı. Müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formalaşmasına, onların Azərbaycan ilə əlaqələrinin möhkəmləndirilməsinə təkan verdi.

Dünya Azərbaycanlılarının I Qurultayı öz miqyasına görə nadir hadisə sayıla bilərdi. Belə ki, ilk dəfə olaraq Bakıya 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq toplaşmışdı. Qurultay iştirakçıları planetimizin geniş coğrafi məkanını əhatə edən ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Avstriya, Rumıniya, İsveçrə, Avstraliya, Özbəkistan, Ukrayna, Estoniya, Latviya, Moldova, Qazaxıstan, Danimarka, Hollandiya, Finlandiya, Belarus, İsrail və digər dövlətləri təmsil edirdilər.

Bunun ardınca digər mühüm addımlar atıldı. Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı, həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi. Bununla da dünya azərbaycanlılarının təşkilatlanması prosesində keyfiyyətcə yeni mərhələ başlandı.

Diaspordan lobbiçiliyə

Bir vaxt pərakəndə şəkildə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq birləşərək böyük qüvvəyə çevrilməkdədir. Biz bunun nəticələrini görürük: diasporumuz getdikcə fəallaşır, Azərbaycan həqiqətləri daha geniş arealda yayılır, milli maraqlarımızın müdafiəsinə yönəlmiş aksiyalar keçirilir, dünya ictimaiyyətinin diqqətini taleyüklü problemlərimizə cəlb etmək istiqamətində davamlı səylər göstərilir.

İndi isə qarşıda Azərbaycanın güclü lobbisini yaratmaq vəzifəsi dayanır. Bu, diaspor quruculuğundan daha mürəkkəb, eyni zamanda, daha gərəkli məsələdir.

Erməni lobbisinin super dövlət olan ABŞ konqresinə, Senatına təsir imkanlarına malik olması heç kəs üçün sirr deyil. Onlar Fransada, Rusiyada və bir sıra digər ölkələrdə də bu işi eyni məharətlə görürlər. Niyə bizim belə bir lobbimiz olmasın? Bu sual yəqin ki, təkcə məni deyil, çoxlarını düşündürür.

Artıq bu istiqamətdə də diqqətçəkən addımlar atılıb. Dünya azərbaycanlılarının 2006-cı ilin martında Bakıda keçirilmiş II qurultayının materiallarına nəzər saldıqda aydın görmək olur ki, Azərbaycan dövləti də, xaricdə yaşayan soydaşlarımız da lobbi yaradılmasına kökləniblər. Bu mötəbər toplantını lobbiçilik istiqamətində ilk addım kimi dəyərləndirmək olar.

Bu gündünyanın nüfuzlu beynəlxalq təşkilatları, həmçinin müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamları, ictimai xadimlər ilə əlaqələrin qurulması, xarici dövlətlərin parlament üzvləri, dövlət rəsmiləri və KİV nümayəndələri ilə münasibətlərin genişlənməsi müşahidə olunur.

Öndə isə hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş gənclər gedir. Konkret olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələri misal göstərə bilərik. Məhz Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlər bir çox dünya ölkələrində ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə yönəldə bilib.

Diqqət çəkən məqamlardan biri də Azərbaycan gənclərinin xüsusi Dövlət Proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində təhsil almalarıdır. Artıq proqram çərçivəsində 3 mindən çox  gənc xaricdə təhsil alıb və almaqdadır. Diasporumuzun belə vətənpərvər və savadlı gənclərə hava və su kimi ehtiyacı var. Xaricdə təhsil alan tələbələrimiz, eyni zamanda, Azərbaycanın qeyri-rəsmi səfiri missiyasını daşıyırlar.

“Birinci növbədə qeyd etməliyəm və çox şadam ki, dünyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları artıq tam formalaşıb. Birinci qurultaydan keçən dövrdə, yəni 10 il ərzində böyük işlər görülübdür, təşkilatların sayı artıbdır. Beş il əvvəl 336 diaspor təşkilatımız var idisə, hazırda onların sayı 416-ya çatıbdır. Bu, çox vacibdir. Ancaq eyni zamanda, kəmiyyət bu məsələ ilə əlaqədar bəlkə də həlledici rol oynamır. Mən çox şadam ki, diaspor təşkilatlarımız keyfiyyət baxımından da güclənir, onların fəaliyyəti daha da məqsədyönlüdür, daha da təsirlidir. Müxtəlif ölkələrdə bizim diaspor təşkilatları tərəfindən keçirilmiş aksiyalar onu göstərir ki, istənilən yerdə təşkilatlarımız öz fikrini, öz etirazını, yaxud da ki, öz dəstəyini göstərə bilərlər. Bu, çox mühüm amildir”. Bu fikirləri Prezident İlham Əliyev 2011-ci ilin iyulunda, Dünya Azərbaycanlılarının III Qurultayında səsləndirib. Dövlətimizin başçısı, eyni zamanda, hesab edir ki, diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmasını birləşdirməlidir. İdeal variant ondan ibarət ola bilər ki, hər bir azərbaycanlı diaspor təşkilatlarına üzv olsun, onların tədbirlərində iştirak etsin, öz dəstəyini versin, köməyini göstərsin və eyni zamanda, lazım olanda diaspor təşkilatları tərəfindən də kömək görsün.

Diaspor fəaliyyətinin güclənməsinin əyani sübutu kimi bir faktı da qeyd etmək yerinə düşər. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb. Onlar təkcə ötən il dünyanın müxtəlif ölkələrində 557 tədbir və aksiya keçiriblər.

Günümüzün çox mühüm digər bir reallığı da var: Azərbaycan və türk diaspor təşkilatları arasında yaxınlaşma prosesləri gedir. Son vaxtlar keçirilən bir sıra müştərək tədbirlərin və birgə fəaliyyətin şahidiyik. Bu, gücümüzə güc qatır.

Ulu öndər Heydər Əliyev Azərbaycan diasporunu güclü, mütəşəkkil qüvvə kimi görmək istəyir, buna çalışırdı. Onun arzu və ideyaları həyata keçir, xəyallar gerçəyə çevrilir. Qeydlərimi də elə Heydər Əliyevin dillər əzbəri olmuş sözləri ilə tamamlamaq istəyirəm:“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

05 Mart 2015

By
@
backtotop