Polşadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi, aksiyaçılar səfirliyə girişi bağladı – VİDEO

Hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan səfirliyinin qarşısında Serj Sarkisyana səsləndi
Fevral ayının 26-da Polşanın paytaxtı Varşava şəhərində Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu və Dünya Azərbaycanlıları Konqresi Polşa Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutan aksiyada 40 nəfər iştirak edib. Ermənistan səfirliyinə girişi bağlayan etirazçılar dörd dildə – Azərbaycan, rus, ingilis və polyak dillərində şüarlar səsləndirib, Xocalı soyqırımının tanıdılması ilə bağlı çağırışlar edib və işğalçı Ermənistan hakimiyyətini ifşa edən bəyanat yayıblar.

Etiraz aksiyasında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Xocalı soyqırımı barədə danışıb, Serj Sarkisyan, Robert Köçəryan və Seyran Ohanyanın qanun qarşısında cavab verməli olduqlarını bildirib və beynəlxalq ictimaiyyətin Xocalı soyqırımını tanımasını tələb edib.
Bir saat davam edən aksiya insidentsiz başa çatıb, təşkilatçılar aksiyanın qətnaməsini səfirliyə təqdim edib və sonda Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

warsaw warsaw2 warsaw7 warsaw10 warsaw15 warsaw16 warsaw17 warsaw18 warsaw19 warsaw26 warsaw27 warsaw29 warsaw32 warsaw41 warsaw44 warsaw47

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 Fevral 2015

By
@
backtotop