Tbilisidə “Xocalı qətliamı beynəlxalq hüquq kontekstində” adlı konfrans keçirilib

Diaspora.az saytının məlumatına görə 24 fevral Gürcüstanda Xocalıya ədalət kampaniyası çərçivəsində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Xocalı qətliamı beynəlxalq hüquq kontekstində adlı konfrans keçirilib. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin dəstəyi, Borçalı İrəli İctimai Birliyinin təşkili ilə Tbilisi Beynəlxaq Akademiyasında Xocalı qətliamı Beynəlxalq Hüquq kontekstində adlı elmi konfrans keçirildi. Tədbiri açan Borçalı İrəli İctimai Birliyinin sədri Möhübbət İmanov Xocalı qətliamının tarixi haqqında iştirakçılara məlumat verərək şəhidlərin ruhunun bir dəqiqətlik sükütla yad edilməsini təklif etdi.

Tədbir iştiakrçılarına Xocalıya ədalət beynəlxalq kampaniyası haqqında ətraflı məlumat verən AMM GƏnclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Qarabağ həqiqətlərinin Gürcüstanda tanıdılması istiqamətində görüləcək işlərin əhəmiyyətindən danışdı. Bu işdə gənclərin rolunun böyük olduğunu vurğulayaraq onlara bu hadisələri qeyri azərbaycanlılar arasında yayılmasını xahiş etdi.

Tədbirdə gürcü tarixçisi Quram Marxuliya, TBA rektoru Professor David Çitaya , professor Paata Kipiani, siaysətşunas-professor Qvenitadze Edişer, lektor Ziya Siçinava iştirak edərək Xocalı qətliamı haqqında fikirlərini bölüşərək bu hadisələrin qenosid statusunu almasına hər bir dəlilin olmasını qeyd etdilər. Beynəlxalq hüquq normalarının pozulduğu maddələri misal çəkərək Ermənistanın Azərbaycana qarşı tarix boyu törətdiyi cinayətlərdən ətraflı danışdılar.

Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin məsul işçisi Elcan İmamverdiyev, SOCAR Georgia Neft Şirkətinin nümayyəndələri, gürcü və azərbaycanlı ziyalılar, KİV və ictimayyət nümayəndələri iştirak etdi.

Konfransda Xocalı qətliamı haqqında sənədli film, video-foto və kitab sərgisi təşkil olundu. Tədbir iştirakçıları Xocalıya ədalət kampaniyasına dəstək imza toplama aksiyasına qoşuldular.

25 Fevral 2015

By
@
backtotop