Xocalı soyqırımının şahidi Los Anceles radiosuna müsahibə verib -Video

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Los Ancelesdə səfərdə olan Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva fevralın 15-də burada yerləşən “BlogTalkRadio” radiosuna müsahibə verib.

Diaspora.az saytının məlumatına görə Xocalı soyqırımının şahidi Dürdanə Ağayevadan müsahibə götürən Daniel Sadiq proqramın başlanğıcında bildirib ki, Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub və bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. O, Ermənistan tərəfindən həyata keçirilən bu işğalın mülki azərbaycanlı əhaliyə qarşı dəhşətli qəddarlıqlarla müşayiət olunduğunu diqqətə çatdırıb və bu səpkidə 1992-ci ilin fevral ayında erməni qüvvələri tərəfindən Xocalı sakinlərinə qarşı ağır qətliamın həyata keçirildiyini qeyd edib.

Müsahibə zamanı Dürdanə Ağayeva Xocalı əhalisinə edilən vəhşiliklərdən ,zülmlərdən geniş məlumat verib.Bundan ələvə Los Ancelesə səfəri müddətində soyqırımın şahidi digər amerikalı jurnalistlər və qadın haqlarının müdafiəsi ilə məşğul olan qruplar, eləcə də yerli yəhudi icmasının nüfuzlu nümayəndələri ilə də görüşlər keçirib.Həmin videonu sizlərə təqdim edirik.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

24 Fevral 2015

By
@
backtotop