Almaniyadan Azərbaycana deportasiya davam edir – Davudovlar ailəsi də deportasiya edildi

05:53 | 12 Noyabr, 2019

Diaspora.az xəbər verir ki, Almaniya qaçqınlarla və sərhədlərin mühafizəsi ilə bağlı siyasətini sərtləşdirməkdə davam edir. Eyni zamanda ölkədə qanunsuz yaşayan miqrantların və müraciətinə rədd cavabı verilən sığınacaq axtaran şəxslərin deportasiyası da davam edir.
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin səlahiyyətliləri Azərbaycandakı vəziyyətin sabit olduğunu və vətəndaşların həyatı üçün təhlükə olmadığını əsas gətirirlər.
Mətbuatda Almaniyadan deportasiya olunmuş Davudovlar ailəsinin fotosu paylaşılıb.
Davıdovlar Almaniyaya 2015-ci ildə gəliblər. İmran və Ülviyyə Davıdovların işləməsi, uşaqların isə gimnaziyada təhsil almaları da onlara kömək etməyib.
Davudovların deportasiyası Bayreut İnzibati Məhkəməsinin qərarı ilə həyata keçirilib.
Bildiriik ki, Almaniyadan Azərbaycana 2018-2019-cu illərdə deportasiya xeyli sürətlənib. Bu ilin axırına kimi deportasiya halların daha da çox olacağı gözlənilir.