Xocalı soyqırımının qurbanları Amasyada yad edildi -Foto

Diaspora.az saytı xəbər verir ki ,Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Amasya Universiteti, “Azerbaycan Türkleri Kültur-Sanat Dayanışma Dernegi” və Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi qardaş ölkənin Amasya şəhərində də qeyd olundu.
Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının Dövlət Himnləri ifa edildi.Hər iki ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Anım mərasiminin aparıcısı, Amasya Universiteti Fənn- ədəbiyyat fakultəsinin dosenti Mətin Haqverdioğlu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, habelə  Qarabağ faciəsi və Xocalı soyqırımı barədə məlumat verdi.”Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri,  “Ana harayı”qəzetinin baş redaktoru, “Tərəqqi”medalının mükafatçısı,müharibə veteranı Şamil Sabiroğlu Ermənistanın işğalçı siyasətindən danışdı. O qeyd edib ki, Rusiya Federasiyasının tabeçiliyində olan və Dağlıq Qarabağda yerləşdirilən 366-cı moto-atıcı polkun şəxsi heyyəti bölgədə millətlərarası qarşıdurmaların yaradılmasına, münaqişə ocaqlarının alovlandırılmasına yardım göstərib.Ş.Sabiroğlu, Xocalı soyqırımının şahidi kimi erməni terrorçularının törətdikləri vəhşiliklərdən danışıb.Xocalıdan məcburi köçkünlər-“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Allahyarqızı, Xocalı rayonunun Kosalar kəndindən məcburi köçkün,Qarabağ qazisi, doktor Aqil Məmmədov, bu Təşkilatın Hunanitar Məsələlər şöbəsinin müdiri, şairə Dilbər Sultanova Xocalı soyqırımının tanınması üçün Azərbaycan dövlətinin yaratdığı imkanlardan danışdılar.
Amasya Valisinin köməkçisi Suat Seyitoğlu, Amasya Universitetinin Rektor köməkçisi Prof.Dr. Murat Gökdere Türkiyə Cümhuriyyətinin Azərbaycanın kədərinə şərik olduğunu nəzərə çatdırdı.
Sonda anım mərasiminin təşkilinə lazımi dəstək göstərmiş Amasya Universitetinin Rektoru, Prof., Dr Metin Orbay, “Azerbaycan Türkleri Kültur-Sanat Dayanışma Dernegi”nin başkanı Muttalip Ulutanrıverdi, Amasya Valisinin köməkçisi Suat Seyitoğlu, Amasya Universitetinin müəllimi Metin Hakverdioğlu, Azərbaycan sevdalısı, sabiq bank əməkdaşı Ayşe Yıldırım, Amasya Universitetinin Fənn-ədəbiyyat fakültəsinin müəllimi Gülsüm hanım Karakçı Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Xüsusi diplom və hədiyyələri ilə təltif edildilər.

10384845_326150937573636_7951881222677969690_n

11001729_326150544240342_4934379258668531004_n

10997329_326151127573617_2611563818619622378_n

10437395_326150487573681_6086645253893270952_n

13017_326152000906863_5879387788246971065_n

11008407_326150240907039_7003167743156943923_n

24 Fevral 2015

By
@
backtotop