Gürcüstanın yeddi şəhərində “Xocalıya Ədalət” adlı silsilə tədbirlər başlanılmışdır -Foto

Xocalıya ədalət kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər, elmi konfranslar, aksiya və yürüşlər təşkil olunacaqdır. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı ilə Gürcüstanın bir sıra region və iri şəhərlərində Xocalı qətliamının 23-cü ildönümü ilə bağlı Xocalıya ədalət kampaniyası çərçivəsində müxtəlif formatlı tədbirlər keçiriləcək. AMM (Azərbaycanlıların Mədəniyyət Mərkəzinin) mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə tədbirlərin təşkilinə Gürcüstanda fəaliyyət göstərən bir sıra QHT-lər və gənclər qoşulmuşdur. Gürcüstanın Marneuli, Qardabani, Rustavi, Dmanisi, Tbilisi, Kutaisi və digər şəhərlərində Xocalı qətliamına həsr olunmuş tədbirlərə gürcü və digər millətləri təmsil edən ictimaiyyət nümayəndələri, gürcü KİV-lərinin təmsilçiləri, ziyalı və gənclərin iştirakı gözlənilir. AMM Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyevanın verdiyi məlumata görə Gürcüstanda Xocalı ayına start verilibdir və artıq bir neçə tədbir keçirilib. “Xocalı qətliamının Gürcüstanda tanıdılması və təbliği üçün lazım olan bütün əyani vəsaitlər hazırlanıbdır. Biz İngilis, Azərbaycan və ən əsası Gürcü dilində Qarabağ və Xocalı həqiqətlərindən bəhs edən informasiya bukletləri, banerlər, foto stendlər hazırlamışıq.Xocalıdan bəhs edən sənədli filmlər keçirilən tədbilərdə nümayiş olunur. 26 fevralda isə Gürcüstanın paytaxtı Tbilisidə yekun tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, regionlarda keçiriləcək tədbirlərə Gürcüstanda fəaliyyət göstərən bir sıra təşkilatlar da qoşulacaqdır.

10994798_1004073549621863_635958917_n

11012244_1004073486288536_1760863460_n

10991273_1003603063002245_1073036815572260454_n

10922860_966399156705580_5300691309073861594_n

10523764_1004073522955199_127426554_n

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

21 Fevral 2015

By
@
backtotop