Hyuston şəhərində Xocalı soyqırımı qurbanları anılıb

Hyuston şəhərində yerləşən “Azərbaycan Mərkəzində” “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən təşkil olunmuş Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

Tədbirdə yerli Azərbaycan icmasının nümayəndələri, akademik dairələrin təmsilçiləri, Azərbaycanın ABŞ-dakı səfirliyin əməkdaşları, həmçinin Türkiyənin Hyuston şəhərindəki vitse-konsulu Abdulla Topçu iştirak ediblər.

“Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və Hyustonda yerləşən Azərbaycan Mərkəzinin icraçı direktoru İradə Axundova Xocalı soyqırımının hər bir azərbaycanlı üçün tarixin ağrılı səhifəsi olduğunu deyib.

Sonra Xocalı soyqırımından bəhs edən film nümayiş etdirilib.

Faciənin qurbanları bir dəqiqəlik sükutla yad olunub.

Hyuston Universiteti Siyasi Elmlər Departamentinin mühazirəçisi Rayan Kennedi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və regiondakı digər münaqişələrdən danışıb, Xocalı soyqırımı kimi dəhşətli faciələrin gələcəkdə baş verməsinin qarşısının alınması üçün bu problemlərin tezliklə həll olunmasının vacibliyini vurğulayıb, beynəlxalq ictimaiyyətin səylərinin artırılmasının zəruriliyini qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov 1992-ci ilin fevralında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışıb. İnsaniyyətə qarşı bu kimi cinayətlərin cəzasız qalmamasının vacibliyini söyləyib.

O bildirib ki, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzlə üzləşib, torpaqlarının 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Qeyd edilib ki, son 20 ildə Azərbaycanda bütün sahələrdə böyük uğurlara nail olunub, ölkəmizin təşəbbüsü ilə irimiqyaslı iqtisadi layihələr həyata keçirilib, əhalinin yaşayış səviyyəsi dəfələrlə artıb. Bununla bərabər diplomat ABŞ-da fəallığı ilə seçilən erməni lobbisinin son zamanlar ölkəmizin uğurlarından qıcıqlanaraq, Azərbaycana qarşı fitnəkar böhtan kampaniyasına başladığını qeyd edib. Bunun qarşısının alınması məqsədilə o, ABŞ-da yaşayan hər bir həmvətənimizi erməni yalanını ifşa etməkdə fəal olmağa çağırıb.

Abdulla Topçu Türkiyə xalqının daim qardaş Azərbaycanın yanında olacağını bildirib.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, 21 fevral tarixində Hyuston şəhərində Azərbaycan icması tərəfindən Xocalı soyqırımına həsr olunmuş yürüşün keçirilməsi planlaşdırılır.

Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

14244940191836858059_750x500 1424494019112543212_750x500 14244940194139332794_750x500

21 Fevral 2015

By
@
backtotop