Brüsseldə Azərbaycanın təşkilatçılığı ilə “Avropada etimadın bərpa olunması” mövzusunda toplantı keçirilir

Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Avropada etimadın bərpa olunması” mövzusunda toplantı öz işinə başlayıb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilin aprelində Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumuna hazırlıq xarakteri daşıyan tədbirdə Komitə sədri Nazim İbrahimov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, keçmiş nazirlər, tanınmış siyasi xadimlər iştirak edirlər.

Toplantıda dini radikalizm məsələsində əsas prinsiplər, bu istiqamətdə Avropa İttifaqının rolu, qitədə etimadın bərpası və sülhün təşviq edilməsi istiqamətində qlobal liderlərin addımları, bu sahədə qadınlara və gənclərə səlahiyyətlərin verilməsi, sosial medianın rolu və digər məsələlər müzakirə olunur.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa Avropada etimadın bərpa olunması, sülh və sabitliyin qorunması barədə danışıb. O bildirib ki, bu məsələdə bir sıra ölkələr beynəlxalq razılaşmalara hörmətlə yanaşmalıdır. Sabiq prezident qeyd edib ki, hər bir ölkənin üstünlüyü onun hüquq və normalara göstərdiyi hörmətdir.

Daha sonra V.Vike-Frayberqa Avropa ilə Asiyanın əməkdaşlığı və bu əməkdaşlığın inkişaf etdirilməsi, müştərək cəmiyyətlərin formalaşması məsələlərindən danışıb.

Serbiyanın eks-prezidenti Boris Tadiç də Avropada sülh və sabitlik məsələlərinə toxunaraq qitədə yeni təhlükəsizlik arxitekturasına, yeni şərq tərəfdaşlığı strategiyasına və Avropa İttifaqının genişlənmə siyasətinin tamamlanmasına ehtiyac olduğunu bildirib.

Toplantıda İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini, Ukraynanın sabiq dövlət başçısı Viktor Yuşşenko və digərləri Avropa məkanında əməkdaşlığın inkişafı yolları, dünya iqtisadiyyatındakı vəziyyətlə bağlı çıxış ediblər. İki gün davam edəcək toplantıda Avropada etimadın bərpa edilməsi üçün beynəlxalq ictimaiyyətin rəy və təklifləri müzakirə ediləcək, bu ilin aprel ayında Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunun məqsəd və vəzifələri barədə fikir mübadiləsi aparılacaq, müəyyən tövsiyələr irəli sürüləcək. Toplantıda vurğulanıb ki, Bakı forumu yeni dünya düzənində etimadın bərpası üçün dünya liderlərinə geniş əməkdaşlıq imkanları yaradır.

cdbf6fa2a3c6137de140ff245d1fd7a0 9edb2e95b40fb41e402d17f2d8855892 95ba482d9f9d033c3ff813199211fb1c f5fe7b5cd93b1e4ffee7b9770a72f8ce d58cbc3f3ff90f78a77fb3dce3574fbf b1cece8d4cfa39979ea01be4fb77959b 55a0936e910c321448d7a039bb8df97d

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

20 Fevral 2015

By
@
backtotop